Parazitiform gənələr — Vikipediya
Parazitiform gənələr | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Dəstəüstü: Parazitiform gənələr | ||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
|
Parazitiform gənələr (lat. Parasitiformes ) — Hörümçəkkimilər sinfinə aid dəstə.
Haqqında
[redaktə | mənbəni redaktə et]Parazitiform gənələrdə bədən iki hissədən ibarət olur: 2 cüt ön ətraflı qnatosom və 4 cüt ayaqlı idiosom. Bu gənələrin bədəni seqmentləşməmişdir. Ayaqların birinci buğumları sərbəst şəkildə bədənə birləşmiş, hərəkətli və ya azhərəkətlidir. Onlarda 1 cüt yaxşı nəzərəçarpan nəfəsgah vardır. Cinsiyyət dəliyi idiosomun ön hissəsində yerləşir. İnkişaf sikli aşağıdakı fazaları əhatə edir.[2] Yumurta, sürfə, nimfa və yaşlı gənə. Cinsi dimorfizim adətən yaxşı ifadə olunmuşdur. Dişilər mayalanmadan sonra çoxalırlar, ancaq parteneogenez də məlumdur. Parazitiform gənələr – tipik yerüstü sakinlərdir. Onların həyat tərzi və yaşayış yeri çox müxtəlifdir. Torpaqda, meşə döşənəyində, peyində, bitkilərdə, xırda məməlilərin və quşların yuvalarında, ictimai cücülərin yuvalarında yaşayırlar. Dəstəyə həm yırtıcı və ya qarışıq qidalı sərbəstyaşayan, həm də parazit növlər daxildir. Ev və vəhşi heyvanların paraziti, insanın və ev heyvanlarının bir çox qorxulu xəstəliklərinin törədicisi olan iksod, arqas və bəzi qamaz gənələri geniş dairələrdə məlumdur. Parazitiform gənələrin ölçüləri güclü şəkildə fərqlənərək 0,2 sm-dən 2–3 sm-ə qədər dəyişir. Bədən formasıda çox müxtəlifdir. Gənələr dorszol-ventral istiqamətdə yastılana və ya bərabər surətdə kürəşəkilli enlənə bilər. İdiosomun örtükləri dartılan kutikuladan ibarət olub, müxtəlif forma və ölçüləri olan və dioqnostik əhəmiyyət kəsb edən qalxan və qalxancıqlara skrelitlərə, disklərə malik olur. Bədənin və ətrafların örtükləri üzərində müxtəlif formalı və uzunluqlu qılcıqlar olur. Qılcıqlar ya düzgün və daimi formada yerləşir, ya da nizamsız şəkildə bütün bədəni örtür. Gözləri, əgər varsa, idiosomun dorsal tərəfində yerləşir. Əksər növlərdə gözlər yoxdur. Xeliserlər – zirvəsində qısqac olan 2–3 buğumludur. Pedipalplar 4–5 buğumlu olub hiss orqanı rolunu oynayır. Yaşlı nimfalarda və gənələrdə 4cüt, sürfələrdə 3cüt ayaq olur. Ayaqlar 6 buğumdan ibarət olur: çanaq, burma, bud, diz, baldır, bir cüt caynağa malik pəncəönü və əmziklə bitən pəncə. Bir çox gənələrdə caynaqlar və əmziklər reduksiyaya uğramış, birinci ayaqlar isə antena rolunu oynayır. Parazitiform gənələr dəstəsi üç yarımdəstəyə bölünür.[3]
- Qamaz, uropod və başqa gənələrdən ibarət olan Mezostqmata
- İksodoid gənələr fəsiüstlüyünü birləşdirən Metastiqmata
- Tropik Holotyroidea – dan ibarət olan Tetrastiqmata
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2007.
- ↑ B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar Zoologiyası. Bakı, Təhsil, 2008, səh.357
- ↑ V. İ. Dogel. Onurğasızlar zoologiyası. Bakı: 2007, səh.347
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar tipi. — Bakı: Elm, 2004–388 s.