Suiti — Vikipediya

Suiti
Elmi təsnifat
Beynəlxalq elmi adı

Suiti (lat. Phoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.

İki növü var:

Adı suiti öz növbəsində iki yarımnövə bölünür: Avropa yarımnövü P. v. vitulina və Kuril yarımnövü (ya Steyneqer suitisi) P. v. stejnegeri. Kuril suitisi hazırda Rusiyanın Qırmızı kitabına daxildir.

Suitilər balıqlarla, pinqvinlərlə qidalanan yırtıcı məməlilərdir. Tez-tez quruya çıxırlar, çoxalmaları quruda gedir. Bu canlılar geniş coğrafiyada yaşayırlar. Qütblərdə yaşayan suitilər buzda dəlik açırlar. Bu dəlik suitinin nəfəs almasına, ətrafdaki təhlükələri görməsinə, eləcə də ovunu və buzun üstünə çıxaraq dincəlməsinə xidmət edir. Dəliklərin açılması və daima lazım olan qədər genişləndirilməsində iş dişlərə düşür. Dişlərin qırılması isə bu funksiyaları yerinə yetirə bilməməsinə və suitinin ölümünə səbəb olur. Xəzər dənizində də suiti populyasiyası mövcuddur.

  1. Integrated Taxonomic Information System (ing.). 2006.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0