Xortumlular — Vikipediya

Xortumlular
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xortumlular (lat. Proboscidea) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.

Bu dəstəyə daxil olan məməlilərin əsas özəllikləri xortumun olmasıdır. Ətrafları uzun, sütunvarı, pəncəsi beş, yaxud dördbarmaqlıdır. Boynu qısa, başı az hərəkətlidir. Çox inkişaf etmiş üst dodaq və burun bitişib hərəkətli xortum əmələ gətirir.

Hindistan filləriAfrika filləri cinslərinin daxil olduğu fillər (Elephantidae) xortumluların yeganə müasir fəsiləsidir. Xortumlulara aid digər iki mastodontlar (Mammutidae) və mamontlar (Mammuthus) fəsilələrinin bir neçə min il bundan əvvəl nəsli kəsilib.

Numidotheriidae
Barytheriidae
Deinotheriidae
Stegodontinae
Elephantiformes
Phiomiidae
Palaeomastodontidae
Hemimastodontidae
Mammutidae
Euelephantoidea
Choerolophodontidae
Amebelodontidae
Gnathabelodontidae
Gomphotheriidae
Elephantidae