Qəmər Almaszadə — Vikipediya
Qəmər Almaszadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Əfrasiyab Bədəlbəyli (1931–1940) |
Atası | Hacıağa Almaszadə |
Fəaliyyəti | balerina, baletmeyster, xoreoqraf, pedaqoq |
Fəaliyyət illəri | 1931-ci ildən |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Qəmər Hacıağa qızı Almaszadə (10 mart 1915[1], Bakı[2][1] – 7 aprel 2006[1], Bakı[1]) — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). O, 1953–1972-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş baletmeytser, 1972–1988-ci illərdə isə balet truppasının bədii rəhbəri olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) 10 mart 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür.[3]
Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə 1931-ci ildə qurduğu evlilik övladları olmadığından "Qız qalası" baletindən az sonra boşanma ilə nəticələnir. Sənət bağlılıqları isə illərlə davam edir.[4][5]
Sənəti
[redaktə | mənbəni redaktə et]1930-cu ildə Qəmər Almaszadə xoreoqrafiya məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır. Bu arada həmçinin ali pedaqoji məktəbinə də daxil olur. 1932-də Reynhold Qlierin "Şahsənəm" operasında ikinci dərəcəli rola seçilir. 1933-cü ildə indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur və orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyur. 1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıdır. 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplayır. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyir. Daha sonra həmin məktəbin direktoru olur. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk peşəkar çıxışını edir. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış etmişdir. 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunur. 1950-ci illərdə baleti tərk etsə də, 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışır.
- Teatr rəssamı Ənvər Almaszadənin bacısıdır.
- Bəstəkar Çingiz Almaszadənin bibisidir[6].
Quruluş verdiyi əsərlər
[redaktə | mənbəni redaktə et]- "Tərlan" baleti (1940) — xoreoqrafiya məktəbi
- "Qız qalası" baleti (1940, 1958, 1977)[7][8]
- "Gülşən" baleti (1949, 1951, 1959)
- "Doktor Aybolit" baleti (1949)
- "Baxçasaray fontanı" baleti (1951)
- "Yeddi gözəl" baleti (1952)
- "Qırmızı lalə" baleti (1954)
- "Yatmış gözəl" baleti (1955)
- "Laurensiya" baleti (1956)
- "Qızıl açar" baleti (1957)
- "Arlekinada" baleti (1959)
- "Qaraca qız" baleti (1965)
- "Məhsul" suitası (1959)
- "Jizal" baleti (1961)
- "Qu gölü" baleti (1963)
- "Şur" baleti (1968)
- "Don Kixot" baleti (1973) — L. Minkusun əsəri
- "Şənlik rəqsi" baleti (1973)[9]
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- "SSRİ xalq artisti" fəxri adı — 9 iyun 1959
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940
- "Stalin" mükafatı (2-ci dərəcə) — 1952
- "Lenin" ordeni — 7 mart 1985
- "Oktyabr inqilabı" ordeni — 2 iyul 1971
- 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni — 17 aprel 1938; 23 mart 1976
- "Xalqlar Dostluğu" ordeni — 7 avqust 1981
- "Üç Fil" ordeni (Laos)
- "Şöhrət" ordeni — 27 mart 1995[10]
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 21 may 1970[11]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[12]
- "Teatr Xadimi" qızıl medalı — 2005
İfa etdiyi rollar
[redaktə | mənbəni redaktə et]- Tao Xoa — R. Qlierin "Qırmızı lalə" baletində (1931)
- Medora — A. Adanın "Korsar" baletində (1936)
- Mariya — B. Asafyevin "Baxçasaray fontanı" baletində (1939)
- Gülyanaq — Ə. Bədəlbəylinin "Qız qalası" baletində (1940)
- Raymonda — A. Qlazuovun "Raymonda" baletində (1943)
- Odetta-Odilliya — R. Çaykovskinin "Qu gölü" baletində (1943)
- Kitri — L. Minkusun "Don Kixot" baletində (1945)
- Maşa — R. Çaykovskinin "Şelkunçik" baletində (1949)
- Gülşən — S. Hacıbəyovun "Gülşən" baletində (1950)
- Ayşə — Q. Qarayevin "Yeddi gözəl" baletində (1952)
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Rəqs edən bağalar (film, 1935)
- Axşam konserti (film, 1948)
- Doğma xalqıma (film, 1954)
- Əmək və qızılgül (film, 1962)
- Əfsanələr aləmində (film, 1975)
- Qəmər Almaszadə (film)
- Qızıl fonddan seçmələr (film, 2001)
- Odla təmasda (film, 1972)
- Respublikam haqqında həqiqət (film, 1972)
- Dünya bir pəncərədir. Qəmər Almaszadə. GünAzTv-də veriliş, 2008.
Kitablar
[redaktə | mənbəni redaktə et]- Qəmər Almaszadə. Azərbaycan xalq rəqsləri (metodik vəsait)[ölü keçid]. Bakı: "Birləşmiş nəşriyyat", 1959.
Qalereya
[redaktə | mənbəni redaktə et]- Qəmər Almaszadənin Fəxri Xiyabanda qəbirüstü abidəsi. 2013-cü il
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Visuotinė lietuvių enciklopedija (lit.).
- ↑ Алмасзаде Гамэр Гаджи Ага кызы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ "Qoy tamaşaçı məni cavan xatırlasın!". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.
- ↑ "Z. Fərəcova — Azərbaycanın ilk balerinası". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
- ↑ "Алмасзаде Гамар Гаджи Ага кызы — первая балерина Азербайджана". 2022-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-26.
- ↑ "K. Shahverdiyev — Azərbaycan baletini yaradıcısı, səhnəmizin şahzadəsi Qəmər xanım Almaszadə". 2019-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-02-16.
- ↑ "Галина Микеладзе. Азербайджанский балет — корни и исторический путь. İRS jurnalı, 2010, № 4 (46)" (PDF). 2021-09-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-04-25.
- ↑ "Azərbaycan balet tamaşaları xronologiyası". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-28.
- ↑ "K. Shahverdiyev — Azərbaycan baletinin divası Qəmər Almaszadə". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-28.
- ↑ "Qəmər Almaszadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 27 mart 1995. 2019-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2019.
- ↑ Parisdə Beynəlxalq rəqs festivalının ən çox fərqlənmiş iştirakçılarının Azərbaycan SSRİ Ali Sovetinin fəxri fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 21 may 1970-ci il tarixli Fərmanı Arxivləşdirilib 16 yanvar 2020 at the Wayback Machine — anl.az saytı
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 942 saylı, 11 iyun 2002-ci il tarixli Sərəncamı". e-qanun.az (az.). e-qanun.gov.az. 11 iyun 2002. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Azərbaycan tarixində iz qoyan qadınlar — SİYAHI Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine