Qaltaxçı — Vikipediya

Kənd
Qaltaxçı
40°50′08″ şm. e. 44°02′48″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Pəmbək mahalı
Rayon Hamamlı rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1820
Mərkəzin hündürlüyü 1.730 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.035 nəf. (2011)[1]
Rəsmi dili
Digər
bager.am
Xəritəni göstər/gizlə
Qaltaxçı xəritədə
Qaltaxçı
Qaltaxçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaltaxçıİrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.[2][3]

Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim qaltax (koltak) etnoniminə[5] -çı şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Hartakyuc qoyulmuşdur. 1978-ci ildə isə Berdavan adlandırılmışdır. Kənd orta əsrlərdə Anadoluda yaşamış Yerük tayfa birləşməsinin Kaltak tayfasının[6] məskunlaşması nəticəsində yaranmışdır. Başqa mənbəyə görə bu tayfanın adı Qaltax-Kobaş olmuşdur[7][8]

1830-cu ildə kəndin əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid mə'lumata görə kəndin əhalisi erməni idi.[9]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб.
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s. 111
  5. 303 a, s.11
  6. Faruq Sümər. Oğuzlar. Bakı. 1992.
  7. Budaqov B.Ə. Türk uluslarının yеr yaddaşı. Bakı: “Еlm”. 1994.
  8. Еремеев Д.Е. Юрюки. М.,. 1969.
  9. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Галтахчы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.