Georq Kantor — Vikipediya

Georq Kantor
alm. George Cantor
Qeorq Kantor
Qeorq Kantor
Doğum adı George Ferdinand Ludwig Philipp Cantor
Doğum tarixi
Doğum yeri Sankt-Peterburq, Rusiya
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Halle, Almaniya
Vəfat səbəbi ürək tutması
Elm sahələri çoxluqlar nəzəriyyəsi, riyaziyyat, məntiq[1], riyazi məntiq[1], kardinal ədəd[1], sıra sayı[1], Riyaziyyat fəlsəfəsi[1]
Elmi dərəcələri
Təhsili
Elmi rəhbərləri Ernst Kummer, Karl Veyerştrass
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georq Kantor — alman riyaziyyatçısı, müasir riyaziyyatın yaradıcılarından biri, çoxluqlar nəzəriyyəsinin banisi, həqiqi ədədlər nəzəriyyəsinin əsaslandırılmasını vermişdir[3].

Georq Kantor birja makleri Georq Voldemar Kantor və Mariya Kantorun ailəsində dünyaya gəlmişdir. Onun atası Kopenhagendə anadan olmuş, gənc vaxtlarında Sankt-Peterburqa köçərək orada lütherlik missiyasiyasına qoşulmuşlar. Oğlununn sonrakı deyimlərinə görə onun atası separd ailəsinə mənsub olmuşdur. Anası Sankt-Peterburqda avstriya mənşəli musiqiçi ailəsində anadan olmuşdur.

Kantor ailəsində uşaqlar sərt dini mühitdə tərbiyə almışlar. Ona görə də Georq Kantor ömrünün çox hissəsini dərin dini təsəvvürə malik bir insan olaraq qalmışdır. O 11 yaşında olarkən ailəsi atasının səhhətinin pisləşməsi ucbatından Visbadendə yerləşən kurort şəhərinə köçür. Bir az sonra onlar Frankfurt na Mayn şəhərinə köçürlər.

Məktəbi bitirdikdən sonra 1860-cı ildə o Sürixdəki politexnik məktəbinə daxil olur. Sonra isə Qöttingendə təhsilini davam etdirir. 1867-ci ildə doktoranturanı bitirərək Berlində elmi dərəcə alır. Bundan sonra Kantor 1869-cu ildən başlayaraq ömrünün sonunadək Halle şəhərində çalışır. Öncə dosent kimi çalışan Kantor, 1913-cü ildə professor vəzifəsi alır.

Halledə yaşadığı dövrdə bir çox xəstəliklərlə mübarizə aparmalı olan Georq Kantor 6 yanvar 1918-ci ildə orada sanatoriyada vəfat edir.

Kantor 1874-1897-ci ildə çoxluqlar nəzəriyyəsini yaradır. Onun bu nəzəriyyə üçün verdiyi tərif belədir: "Çoxluq deyəndə bizim düşüncəmizlə qəbul olunan, bir-biri ilə fərqləndirilə bilən m obyektlərinin toplusu M başa düşülür".

Kantor sonsuz çoxluqların elementlərinin birmənalı münasibətinin müşahidəsi zamanı çoxluqlar nəzəriyyəsi ideyasına gəlir. O bu münasibətdə olan çoxluqları "ekvivalent" və ya "eyni güclü" adlandırır. Ona görə təbii ədədlər həqiqi ədədlər ekvivalentdir. Bunu Kantorun diaqonallaşdırma üsulu da təsdiq etmişdir. Özünün ikinci diaqonal arqumenti ilə o sübut etmişdir ki, həqiqi ədədlərin çoxluğu təbii ədədlərdən güclüdür. Onun işləri o dövrün riyaziyyatçıları arasında mübahisə doğurmuşdur.

Kantorun özü naiv çoxluqlar nəzəriyyəsinin antinomların kəşfçisi sayılır. O kanton antinomlarının köməyi ilə sübut etmişdir ki, müəyyən sinifə daxil olan elementlər çoxluq yaratmırlar.

Kantor cütləşmə funksiyası da onun adını daşıyır.

  • Walter Purkert/Hans Joachim Ilgauds: Georg Cantor 1845–1918. Basel/Boston/Stuttgart: Birkhäuser, 1987. (= Vita mathematica; 1.) (Biographie; auch für Nichtmathematiker)
  • David Foster Wallace: Georg Cantor. Der Jahrhundertmathematiker und die Entdeckung des Unendlichen. München: Piper, 2007, ISBN 3-492-04826-9
  • Johanna J. Danis, Transfinite Zahlen. In: dies., Zahlenwende, München 2000, ISBN 3-925350-75-6
  1. 1 2 3 4 5 6 7 8 9 10 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  3. "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.607

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]