Qovlarsarı — Vikipediya
Qovlarsarı | |
---|---|
40°47′10″ şm. e. 46°19′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 250 m |
Saat qurşağı | |
Qovlarsarı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Toponimikası
[redaktə | mənbəni redaktə et]1808-ci ilə aid mənbədə Qovluarx formasında da yazılmışdır. Oykonim hidronimdən törəmədir. Kəndin adı qovlar (etn.) və sarı (qov tayfasının sarılı tirəsinin adı) sözlərindən ibarətdir. Həmin tayfalar Qovluarxın sahilində məskən saldıqlarından Qovlarsanlı (-lı şək.-sinin çoxkomponentli oykonimlərdə düşməsi qanunauyğun haldır) adlandırılmışdır. Tədqiqatçıların fikrincə, bu oykonim "Qovlar tayfasının san tirəsinə məxsus kənd" deməkdir. Yerli məlumata görə isə, kəndin adı Tovuz rayonundakı Qovlar qəsəbəsindən köçüb gəlmiş Sarı (Qovlarlı Sarı) adlı şəxsin adındandır.[1]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisinin sayı 1298 nəfərdir.[2] Kəndin əhalisi eymur türklərindən (ayrımlardan) ibarətdir.
Şəhidləri
[redaktə | mənbəni redaktə et]- Mehdiyev Münasib Namaz oğlu
- Həsənov Xasay Sabutay oğlu
- Pənahov Vüsal Bədəl oğlu[3]
- Sadıqzadə Emil Əziz oğlu (22 iyul 2000; Qovlarsarı, Samux rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli, Azərbaycan)
- Namazov Elməddin Nəsib oğlu (7 may 1996, Qovlarsarı, Samux rayonu – 26 oktyabr 2020, Qubadlı rayonu)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Qovlarsarı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-19.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Samux rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |