Zazalı — Vikipediya

Zazalı
40°43′05″ şm. e. 46°28′25″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Zazalı xəritədə
Zazalı
Zazalı

ZazalıAzərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi sənədlərdə kəndin 1828-ci ildən sonra salındığı göstərilir. Yaşayış məntəqəsi Zaqafqaziya d.y. xəttinin çəkilişindən (1883) sonra inkişaf etməyə başlamışdır. Kənddə xəlfəli tayfasına mənsub ailələr məskun­laşmışlar. Bəzi tədqiqatçılar oykonimi zaza tayfasmın adı ilə əlaqələndi­rirlər. Zazaların orta əsrlərdə İranda və Tür­kiyənin Siverek mahalında yaşamaları qeydə alınmışdır. Amma kəndin etnik mənzərəsi göstərir ki, kənd əhalisi qarapapaq (tərəkəmə) türklərindən ibarətdir. Qarapapaq türkləri isə Oğuz-Səlcuq axınları zamanı XI əsrdə Azərbaycana Mərkəzi Asiyadan gələn türk xalqıdır. Demək kənd adı İrandilli yox, türkdilli toponimdir. Araşdırmalar göstərir ki, kənd əhalisi xalis türklərdən ibarətdir. Qədim türk dillərində zaza "qamışlıq", "bataqlıq" mənalarında işlənmişdir. Güman etmək olar ki, oykonim ərazinin keçmişdə bataqlıq və qamışlıq olması ilə bağlı yaran­mışdır.[1]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisinin sayı 617 nəfərdir.[2][3]

  1. Zazalı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. Гиясаддин Гейбуллаев, (1986), Топонимия Азербайджана. С. 102