Qriqori Kulik — Vikipediya

Qriqori Kulik
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü artilleriya[d]
Xidmət illəri 1912-ci ildən
Rütbəsi Sovet İttifaqı Marşalı (1940)
Komandanlıq edib
  • Şimali Qafqaz Hərbi vilayəti[d]
Döyüşlər
Təltifləri Lenin ordeni Qırmızı Bayraq ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qriqori Kulik İvanoviç (28 oktyabr (9 noyabr) 1890[1]24 avqust 1950, Moskva) — Sovet İttifaqı Marşalı (1940), Sovet İttifaqı Qəhrəmanı (1940). 1917-ci ildən Sov. İKP üzvü. Sovet Ordusunda 1918-ci ildən xidmət etmişdir. M. V. Frunze adına Hərbi Akademiyanı bitirmişdir (1932). Birinci Dünya müharibəsinin iştirakçısı olmuş, vətəndaş müharibəsində ağqvardiyaçılara qarşı vuruşmuşdur. Fəhlə-Kəndli Qızıl Ordusu Artilleriya İdarəsinin rəisi (1926-1930; 1937-1939), SSRİ Xalq Müdafiə Komissarının müavini və Baş Artilleriya İdarəsinin rəisi (1939-ci ildən) olmuşdur. Böyük Vətən müharibəsində ordu komandanı (1941,1943) və s. hərbi vəzifələrdə müharibədən sonra Privolje hərbi qoşunlarının müavini olmuşdur. 1946-cı ildən istefaya çıxmışdı.

SSRİ Ali Sovetinin (1-ci çağırış) deputatı idi. 4 dəfə Lenin ordeni , 4 Qırmızı Bayraq ordeni və medallarla təltif edilmişdir.[2]

  1. Grigory Ivanovich Kulik // TracesOfWar.
  2. Azərbaycan Sovet Ensiklopediyası. VI. Bakı. 1982. səh. 18.