Rain Sultanov — Vikipediya

RAİN SULTANOV
Rain Ələddin oğlu Sultanov
Doğum tarixi 29 aprel 1965(1965-04-29)[1] (59 yaş)
Doğum yeri
Fəaliyyəti cazmen, saksofonçu[d], bəstəkar
Fəaliyyət illəri 1995-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rain SultanovAzərbaycan musiqiçisi, Azərbaycanın əməkdar artisti (2018). [1]

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rain Sultanov 1965-ci ildə Bakıda dünyaya gəlib. Uşaqlıqdan musiqi sədaları altında böyümüş Rainin böyük sənətə gəlişində anasının və musqiçi qardaşları Raufla Raminin böyük rolu olub. Rəsmə böyük həvəs göstərdiyindən uşaq ikən rəsm dərnəyinə gedib. Qardaşlarının məsləhətilə 14 yaşında musiqi məktəbinin klarnet sinfinə yazılıb.

İlk müəllimi Çingiz Babayev olub. Əla qiymətlərlə oxuduğu üçün ikinci sinifdən dördüncü sinfə keçirilib. Cazla hələ məktəbdə oxuduğu vaxtlardan maraqlanmağa başlayıb. Caz kompozisiyalarını ilk dəfə "Weater Report" qrupunun, Miles Davis-in ifasında dinləyib. Sonralar onun musiqi təfəkkürünün formalaşmasında Michael Brecker'in yüksək texniki və qeyri-adi anotal ifasının rolu böyük olub. Məktəbi bitirdikdən sonra hərbi xidmətə çağrılıb və təxminən dörd il musiqi alayının hərbi orkestrində ifa edib.

1985-ci ildə Asəf Zəynallı adına orta ixtisas musiqi məktəbində təhsil alarkən Respublika müsabiqəsində qalib gəlib. Bitkin klassik təhsil görmüş Rain Çaykovski, Veber, Motsart və b. bəstəkarların əsərlərini sənətkarlıqla ifa edirdi. Həmin vaxtlardan etibarən o, ciddi caz kompozisiyalarını ifa ətməyə başlamışdı. Elə həmin il Polad Bülbüloğlunun yaratdığı "Aşıqlar" pop-qrupuna dəvət edilir. Polad Bülbüloğlunun gözəl mahnılarını improvizə ətməklə yanaşı qrupun musiqiçiləri, təbii ki, öz aralarında sırf cazla məşğul olurdular. Rainin gətirdiyi Michael Brecker'ə məxsus əsərləri böyük həvəslə məşq edirdilər.

Bəzən xarici ölkə qastrollarında ara-bir caz kompozisiyaları ifa olunurdu. 1988-ci ildə şəxsən Rəşid Behbudovun dəvəti ilə Rain dövlət mahnı teatrında işləməyə başlayır. Çox keçmir ki, o yüksək texniki səviyyəyə çatdığını nümayiş etdirir və onun məharətli ifasında Charlie Parker'in "Donna Lee", Michael Brecker'in bir neçə kompozisiyası səslənir. Elə həmin il, Azərbaycan Dövlət Konservatoriyasına daxil olur.

1989-cu ildə dahi müğənnimiz Rəşid Bəhbudovun vəfatından sonra Rain "QAYA" dövlət caz orkestrinə dəvət alır. O illər, orkestrin musiqi rəhbəri Tofiq Şabanovun dəvəti ilə solist kimi işləyir və özünü nəinki gözəl improvizəsi, eyni zamanda istedadlı aranjimançı kimi də təqdim edir.

1992-ci ildə Faiq Sücəddinovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Teleradio verlişləri şirkətinin estrada-simfonikorkestrine dəvət olunur. Burada da çox məhsuldar işləyərək qısa müddətdə bir neçə caz konsert proqramı hazırlayır və solo konsertlərlə çıxış edir.

1995-ci ildə özünün "Jokers Dance" və "Day off" adlı ilk kompozisiyalarını bəstələyir. Bir müddətdən sonra əcnəbilərin diqqətini cəlb edərək, çox maraqlı təkliflər alır.

1996–97-ci illərdə Almaniyada keçirilən caz festivallarının iştirakçısıdır. 1996-cı il Rain üçün çox uğurlu oldu.

1997-ci il 14–15 iyunun tarixlərində "Syndicate" qrupu "Last moment" adlı ilk solo konsertini verir və orijinal kompozisiyaları ilə diqqəti cəlb ədən "Syndicate" qısa müddətdə pərəstişkarların dərin məhəbbətini qazanır.

1997–98-ci illərdə Rain eyni zamanda Bakının və Almaniyanın bir çox caz klublarında John Coltrane, Miles Davis və s. standarts kompozisiyalarını ifa edir.

Rain deyir : John Coltrane və Miles Davis kimi dahi ifaçılar dünya cazı tarixində əvəzolunmaz iz buraxıblar. Onlar bir çox caz istiqamətlərinin təməlini qoyublar.

1998-ci ildə Novosibirsk şəhərində keçirilmiş ümumdünya caz festivalına dəvət olunan "Syndicate" orda da öz sözünü deyir. Kurtis Fuller (trombon), Adam Rogers (qitara), Donny Mckazlin (saksofon) kimi dünya şöhrətli cazmenlərlə birgə "Jam-Session"-də iştirak edir. Bundan sonra festivalın təşkilatçıları tərəfindən "Syndicate" – a kompakt-disk yazılmaq təklif edilir.

Artıq peşəkar səhnədə öz sözünü demiş "Syndicate" qrupu 1998-ci ilin 12 dekabrında "Last Moment" adlı ilk albomunu buraxır. Bunun ardınca Rain özünü başqa bir tərəfdən, yəni üslubla bəstəkarlıq bacarığını və çalğı məharətini göstərmək qərarına gəlir. O, Azərbaycan xalq musiqisinin əsasında qurulmuş "Muğam-məqam" adlı yeni albomunu yazır.

2006-cı ildən Almaniyanın ''JAZZAHEAD'' Ümumdünya Caz Sərgisində Azərbaycan pavilyonunu təşkil edir.

Azərbaycanda cazın inkişafinda və qorunması məqsədilə iki kitab yazib.

Son illərdə İsfar Sarabski ilə birgə Avropanın müxtəlif ölkələrində konsert verərək, Azərbaycan cazını tanıdıb.

Onun ən maraqlı layihələrindən biri də əməkdar artist pianoçu Şahin Növrəsli, dünya şöhrətli sənətkar Xalq Artisti Alim Qasımov və digər musiqiçilərlə birlikdə hazırlanan ''Voice of Karabagh''dır.

Rain Sultanovun həyat yoldaşı Leyla Əfəndiyeva ''JAZZD'' jurnalının baş redaktorudur. Cütlüyün iki övladı var.

''Last Moment'' albomu [2] Arxivləşdirilib 2020-10-21 at the Wayback Machine

[redaktə | mənbəni redaktə et]

"Syndicate" qrupu 1998-ci ilin 12 dekabrında "Last Moment" adlı ilk albomunu buraxır.

  • Rain Sultanov (soprano, tenor saksofon, EWI, bass clarinet)
  • Eldar Rzakulizadeh (piano, keyboards)
  • Rauf Sultanov (bass guitar, acoustic bass, guitar)
  • Ramin Sultanov (drums, vocal #5)
  1. 20th
  2. Dedication to Rafig Babayev
  3. Last Moment
  4. Crazy World
  5. Intro Gara
  6. Gara
  7. Miraje
  8. Day off

''Mugham-Megham'' albomu [3] Arxivləşdirilib 2020-10-21 at the Wayback Machine

[redaktə | mənbəni redaktə et]

Rain Sultanovun ilk albomu 2000-ci ildə işıq üzü görüb.

  • Rain Sultanov (soprano&tenor saxophones, alt flute)
  • Nadir Talibov (balaban, zurna, tütək)
  • Eldar Rzakulizadeh (keyboards, piano)
  • Siyavuş Kərimi (ud)
  • Rauf Sultanov (bass guitar, acoustic bass)
  • Ramin Sultanov (drums, tabla, nağara, zərb, qoşa nağara)
  • Tofig Jabbarov (percussion)
  1. İçəri Şəhər (Old City)
  2. Days Gone by
  3. Qaçaqaç
  4. Muğam-məqam
  5. Araba
  6. Qobustan Dastanı

''City of Jazz'' albomu [4] Arxivləşdirilib 2020-10-26 at the Wayback Machine

[redaktə | mənbəni redaktə et]

Rain Sultanovun ikinci albomu 2003-cü ildə işıq üzü görüb.

  • Rain Sultanov (soprano, tenor saksofon, EWI, bass clarinet, keyboards)
  • Yasəv Eyvazov (ud)
  • David Koyfman (acoustic bass #4)
  • Rauf Sultanov (acoustic bass #1,2)
  • Ramin Sultanov (drums, tabla)
  • Oqtay Rüstəmov (trumpet)
  • Salman Qəmbərov (piano #2)
  • Ruslan Hüseynov (bass guitar #7)
  • Tofig Jabbarov (percussion)
  1. City of Jazz
  2. Bakı xatirələri
  3. Leyla
  4. Mart
  5. Azərbaycan
  6. Ağlama
  7. Reyhan
  8. Tale about Caspian

''Tale of My Land'' albomu [5] Arxivləşdirilib 2020-10-26 at the Wayback Machine

[redaktə | mənbəni redaktə et]

2008-ci il 12 dekabr tarixində üzərində iki il işlədiyi "Tale of My Land" ("Torpağımın nağılı") adlı albomu tamamlandı.

Bu layihə albom-kitabı da adlandırılır, çünki fotoşəkillər 40 səhifədən ibarətdir.

Albom 2 diskdən ibarətdir və 3 saat davam edir. Birinci disk musiqi, ikinci disk isə Azərbaycan və Türkiyə rejissorları tərəfindən çəkilmiş 17 dəqiqəlik bir film var.

Albomun ilk hissəsində Rain Sultanovla reportaj var, lakin ikinci hissədə cazmenin musiqisi diskdə yer alan fotoların fonunda səslənir. Bunlar uşaqların, qocaların və xüsusilə qaçqınların şəkilləridir.

Üçüncü hissə, əsas leytmotivi müharibə və müharibənin gətirdiyi faciələr olan mini-klipdir.

  • Rain Sultanov (soprano&tenor saxophones)
  • Aleksey Miltikh (cello)
  • Lalə Əliyeva (harp)
  • Yasəf Eyvazov (ud)
  • Rauf Sultanov (acoustic bass)
  • Natiq Şirinov (nağara)
  • Ramin Sultanov (drums, turkish davul)
  • Tofig Jabbarov (percussion)

27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[2]

  1. Rain Sultanov // Discogs (ing.). 2000.
  2. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.