Ramazan Tarverdiyev — Vikipediya
Ramazan Tarverdiyev | |
---|---|
Ramazan Baxşəli oğlu Tarverdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Navahı, Hacıqabul, Azərbaycan SSR |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Elm sahələri | coğrafiyaşünas, hidroloq |
Elmi dərəcəsi | coğrafiya elmləri doktoru (1977) |
Elmi adı | professor (1978) |
Tarverdiyev Ramazan Baxşəli oğlu (5 avqust 1928, Hacıqabul, Salyan qəzası – 27 may 1983, Bakı) — coğrafiyaşünas alim, hidroloq, coğrafiya elmləri doktoru (1977), professor (1978).
Həyatı
[redaktə | mənbəni redaktə et]Ramazan Tarverdiyev 1928-ci il avqustun 5-də Şamaxı qəzasının Navahı kəndində anadan olmuşdur.[1] 1947-ci ildə Ələt qəsəbə orta məktəbini bitirib həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur.[1] Birinci kursu əla qiymətlərlə bitirdiyin görə ADU-nun rəhbərliyi tərəfindən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin II kursuna köçürülüb.[1] 1953-cü ildə ali təhsilini başa vurmuşdur.[1] 1953–1956-cı illərdə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində, 1956–1968-ci illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda[1], 1968–1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fiziki coğrafiya kafedrasında dosent və 1973-cü ildən ömrünün sonuna kimi kafedra müdiri vəzifəsində çalışmışdır.
Tədqiqatları əsasən Azərbaycanın gölləri və su anbarlarının hidroloji xüsusiyyətlərinə həsr edilmişdir. Azərbaycanın Böyük Qafqaz təbii vilayətində yerləşən Cavanşir, Nohurqışlaq, Qaranohur, Aşıq Bayramlı, Yekəxana su anbarlarının, Tufangöl, Ağrıbir, Taxtagöl, Xalaxı göllərinin hidroloji xüsusiyyətlərini öyrənmişdir. Əsas tədqiqat obyekti Mingəçevir su anbarı, onun suyunun səviyyə rejimi, külək-dalğa rejimi, temperaturu, lillənməsi, donma halları, suyun rəngi, şəffaflığı, su balansını öyrənmişdir. Su anbarının lillənməsinin təkcə çayın gətirdiyi lil materialları ilə deyil, həm də sahillərin yuyulub uçması, külək vasitəsilə gətirilən materiallar hesabına da baş verməsini tədqiq etmişdir.[2] Məhz onun irəli sürdüyü elmi-metodik hesablama üsulları Şəmkir SES-in tikintisində tətbiq olunmuşdur.
1959-cu ildə "Mingəçevir su anbarının hidrologiyası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək coğrafiya elmləri namizədi, 1976-cı ildə Perm Dövlət Universitetində "Böyük dağətəyi su anbarlarının lillənməsinin tədqiqi" mövzusunda dissertasiyasını müdafiə edərək 1977-ci ildə coğrafiya elmləri doktoru, 1978-ci ildə isə professor elmi adını almışdır.[1]
Ramazan Tarverdiyev 1963-cü ildə Azərbaycanın İsmayıllı rayonu ərazisindəki Qafqaz Albaniyası dövrünə aid Cavanşir qalasının (VII əsr) mövcudluğu barədə elmi ictimaiyyətə ilk dəfə məlumat vermiş[3] və qalanın tam sxemini bussol planaalma yolu ilə tərtib etmişdir.[4][5] ASE-nin I–VII cildlərində göl və su anbarlarına aid bir çox məqalələrin müəllifidir. Həmçinin 1980-ci ildə Rusiyanın Baykal gölündə elmi-tədqiqat işləri aparmışdır.
R. B. Tarverdiyev "1941–1945-ci illər Böyük Vətən Müharibəsində fədakar əməyə görə" (1945), "Böyük Vətən Müharibəsində Qələbənin 30 illiyi" (1975) və "Sosializm yarışının qalibi" (1980) medalları ilə təltif edilmişdir.
1983-cü il may ayının 27-də Bakıda vəfat etmişdir.
- Biologiya elmləri namizədi Tahir Tarverdiyevin (Navahı) atasıdır.
- Doktorant, Ləman Tarverdiyevanın babasıdır.
- Pedaqoji elmlər doktoru, professor Akif Abbasovun (Nurağaoğlu) qayınatasıdır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Böyük Qafqazın gölləri və su anbarlarının hidroloji xüsusiyyətləri. Bakı: Elm, 1965 (Xəlil Zamanovla birgə)
- Заиление Мингечаурcкого водохранилища. Баку: 1974
Şəkillər
[redaktə | mənbəni redaktə et]- Cavanşir qalası. Ramazan Tarverdiyevin çəkdiyi sxem-1
- Cavanşir qalası. Ramazan Tarverdiyevin çəkdiyi sxem-2
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Təranə Cəbiyeva. Babadağa baxan ellər. Bakı: Ozan, 2006. — səh. 187.
- ↑ "Каталог РНБ. Тарвердиев Рамазан Бахшали оглы 1928 Д-р геогр. наук". İstifadə tarixi: 2023-11-30.
- ↑ Qafar Cəbiyev. "İsmayıllı qalaları" (az.). 525-ci qəzet. 2023-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-08.
- ↑ "Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi". Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 126.
- ↑ Tahir Navahı. Bəzz qalası. Bakı: MBM, 2010. — səh. 92.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Əliyev, A. "Xəzərin mahnısı" //Azərbaycan müəllimi.- 1977.- 30 sentyabr.
- Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı, 1987. (az.)
- Bəşirov, F. "Cavanşir qalasının ilk sxemini kim çəkib?" //Ekspert.- 2000.- 19 – 25 iyul.
- "Professor Ramazan Tarverdiyev — 75". //"Təhsil, mədəniyyət, incəsənət" jurnalı.- 2003.- № 3.- səh. 84.
- Bəşirov, F. "Cavanşir qalasının ilk sxemini kim çəkib?" //Müasir cəmiyyət.- 2007.- 9 may.
- Bəşirov, F. "Cavanşir qalasının ilk sxemini kim çəkib?" //Tanıtım.- 2010.- dekabr.