Azərbaycan Sovet Ensiklopediyası — Vikipediya
Azərbaycan Sovet Ensiklopediyası | |
---|---|
azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ) | |
| |
Janr | Ensiklopediya |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan SSR |
Orijinalın nəşr ili | 1976–1987 |
Nəşriyyat | Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası |
Cild | 10 |
Səhifə | 6265 |
Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)[1]) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya.
Tarixi
[redaktə | mənbəni redaktə et]"Azərbaycan Sovet Ensiklopediyası"nın nəşr edilməsi haqqında" qərar Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1965-ci il 30 dekabrda verilmişdir. Qərara əsasən, oncildlik "Azərbaycan Sovet Ensiklopediyası (ASE)" və "Azərbaycan SSR" xüsusi cildi (Azərbaycan və rus dillərində) buraxılmalı idi.
Həmin dövrdə respublikada ensiklopediya nəşretmə təcrübəsi olmadığına və peşəkar kadr azlığına baxmayaraq, 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə ASE-nin "Azəri Sovet Ensiklopediyası" adlı 1-ci cildi buraxıldı. Sov.İKP MK Siyasi Bürosunun qərarına əsasən, həmin cild sovet ideologiyasının tələblərinə cavab verməyən nəşr hesab edilərək 20 min nüsxəlik ilk tirajı qısa müddətdə satışdan yığışdırılaraq mütləq əksəriyyəti məhv edildi. Rəsul Rza baş redaktor vəzifəsindən azad olundu.[2]
Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə bərpa olunan ASE-nin ümumi nəşri 1987-ci ildə başa çatdırılsa da, xüsusi cild buraxılmadı. Halbuki onun bütün cildlərində Azərbaycanla bağlı bəzi məqalələr yeri gəldikcə "Azərbaycan SSR" xüsusi cildinə istinadən verilmişdi. SSRİ-də "perestroyka" başlayanda da "Azərbaycan SSR" xüsusi cildinin nəşri baş tutmadı.[2]
Azərbaycan Sovet Ensiklopediyası 1976–1987-ci illərdə kiril əlifbası ilə nəşr edilmişdir. Hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir. "Azərbaycan Sovet Ensiklopediyası"nın baş redaksiyası 1965-ci ildə görkəmli şair Rəsul Rzanın baş redaktorluğu ilə yaradılıb. Sonra Azərbaycan Sovet Ensiklopediyasına tarix elmləri doktoru, akademik Cəmil Quliyev rəhbərlik edib. 1988-ci ildən ömrünün axırına qədər, yəni 1990-cı ilə qədər Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru vəzifəsində əməkdar elm xadimi Araz Dadaşzadə olub.
"Azərbaycan Sovet Ensiklopediyası" Azərbaycan tarixində bilik və məlumatların bütün sahələrini əhatə edən ilk universal xarakterli fundamental əsər olmuşdur. Böyük elmi potensialın cəlb olunması ilə hazırlanan bu oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında mühüm hadisəyə çevrilmişdir.
Ensiklopediyanın bütün cildləri 2020-ci ildə "Elmi Spektr" açıq elmi platformasının "Habitat" layihəsi çərçivəsində elektronlaşdırılıb. Bütün cildlər optik işarə tanıma sistemindən (OCR) keçirdildiyinə görə, kitab daxilində axtarış aparmaq da mümkündür.[3][4]
Redaksiya heyəti
[redaktə | mənbəni redaktə et]Rəsul Rza (1966–75), Cəmil Quliyev (1976–1987)[5] və Araz Dadaşzadə (1988–1990) fərqli dövrlərdə ensiklopediyanın baş redaktoru vəzifəsini icra etmişdirlər. Rüstəm Hüseynov isə baş redaktorun müavini vəzifəsində çalışmışdır. Ensiklopediyanın baş redaksiya heyətində aşağıda adları göstərilmiş alimlər yer alırdı:
- Mikayıl Abdullayev
- Həsən Abdullayev
- Müzəffər Abutalıbov
- Ziya Bünyadov
- Əli Quliyev
- Məmmədpaşa Quluzadə
- Araz Dadaşzadə
- Əfrand Daşdəmirov
- Vahab Əliyev
- Həsən Əliyev
- Cəlal Əliyev
- Azad Əfəndizadə
- Fikrət Əhmədov
- Mirzə İbrahimov
- Nazim İbrahimov
- Firudin Köçərli
- Mehdi Mehdizadə
- Şəfaət Mehdiyev
- Musa Musayev
- İmam Mustafayev
- Eldar Salayev
- Mikayıl Useynov
- Məmməd Cəfər Cəfərov
- Çingiz Cuvarlı
- Məmmədağa Şirəliyev
Cildlərin çap olunması xronologiyası
[redaktə | mənbəni redaktə et]Adı | Cild | Nəşr tarixi | Əlifba sırası | Nəşr yeri | Səhifə sayı | Bax |
---|---|---|---|---|---|---|
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 1 | 1976 | А—БАЛЗАК | Bakı | 648 | [1] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 2 | 1978 | БАЛЗАМ—ГАЈДАР | Bakı | 638 | [2] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 3 | 1979 | ГАЈЫБОВ—ЕЛДАРОВ | Bakı | 628 | [3] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 4 | 1980 | ЕЛДӘҜӘЗ—ИТАБИРА | Bakı | 616 | [4] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 5 | 1981 | ИТАЛИЈА—КУБА | Bakı | 624 | [5] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 6 | 1982 | КУБА—МИСИР | Bakı | 647 | [6] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 7 | 1983 | МИСИР—ПРАДО | Bakı | 623 | [7] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 8 | 1984 | ПРАДО—СПРИНТ | Bakı | 608 | [8] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 9 | 1986 | СПУТНИК—ФРОНТОН | Bakı | 623 | [9] |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) | 10 | 1987 | ФРОСТ—ШҮШТӘР | Bakı | 610 | [10] |
Ümumi (1–10) | 1976–1987 | А—ШҮШТƏР | 6265 |
Digər sovet ensiklopediyaları
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası)" Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası Arxivləşdirilib 2014-09-02 at the Wayback Machine (az.)
- ↑ 1 2 "Xalqın milli sərvəti". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-18.
- ↑ "10 cildlik Azərbaycan Sovet Ensiklopediyası (Азәрбајҹан Совет Енсиклопедијасы, ACE) dilimizdə yazılmış ən vacib istinad əsəridir". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
- ↑ "Azərbaycan Sovet Ensiklopediyası". Şəki Ensiklopediyası. 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-29.
- ↑ "Arxivlənmiş surət". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-18.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası)" Internet Archive-da arxivlənmiş dijitallaşdırılmış nüsxələr
- Azərbaycan Sovet Ensiklopediyası niyə qadağan edilmir?