İbrahim Əbilov — Vikipediya

İbrahim Əbilov
bayraq
ZSFSR-in Türkiyə Respublikasındakı diplomatik nümayəndəsi
bayraq2
12 mart 1922 – 23 fevral 1923
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan SSR-nin Türkiyə Respublikasındakı diplomatik nümayəndəsi
bayraq2
22 oktyabr 1921 – 12 mart 1922
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan SSR xalq daxili işlər komissarının müavini — Baş Milis İdarəsinin rəisi
bayraq2
28 aprel 1920 – 1921
KomissarHəmid Sultanov
Əvvəlkivəzifə təsis edilib
Sonrakıİsrafil İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi 1881
Doğum yeri
Vəfat tarixi 23 fevral 1923(1923-02-23)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İbrahim Əbilov (1881, Ordubad, Naxçıvan qəzası23 fevral 1923, İzmir) — Azərbaycan Respublikasının ilk diplomatlarından biri.

İbrahim Əbilov 1881-ci ildə Ordubadda anadan olmuşdur.

Məhəmməd Tağı Sidqinin Ordubaddakı "Əxtər" məktəbində oxumuş, atasının vəfatından sonra ailəsini dolandırmaq üçün təhsilini yarımçıq qoymuşdur.

1903-cü ildən Petrovsk-Portda (indiki Mahaçqala) və Bakıda fəhləlik etmiş, inqilabi hərəkata qoşulmuş, ilk Azərbaycan sosial-demokrat təşkilatı "Hümmət"in (menşevik) üzvü kimi fəaliyyət göstərmişdir. 1907-ci ildə Bakı Xəzər Ticarət donanması dənizçilərinin tətilinin təşkilatçılarından olub.

1908-ci ildə Güney Qafqazda və Güney Azərbaycanda iranlı zəhmətkeşlər arasında inqilabi iş aparan "İctimaiyyun-Amiyyun" (azərb. "Mücahid"‎) sosial-demokrat təşkilatının sədri Nəriman Nərimanovun tapşırığı ilə İrana göndərilmişdir.

1909-cu ildə Bakıya qayıdan Əbilov 1912-ci ildə dərc olunan "Bakı həyatı" qəzetində redaktor vəzifəsində işləmişdir. Çar hökuməti tərəfindən dəfələrlə həbs edilən İbrahim Əbilov Tiflisdə menşevik "Hümmət" təşkilatının görkəmli xadimlərindən biri kimi fəaliyyət göstərmişdir.

1918-ci ilin axırlarında Bakıya gələn Əbilov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə deputat seçilmiş və onun sosialist fraksiyasına başçılıq etmişdir. 1920-ci ildə Bakı menşeviklərinin orqanı olan "İskra" qəzetinin redaktoru idi. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR daxili işlər nazirinin müavini təyin olunmuş, Şərq xalqlarının Bakıda çağrılan birinci qurultayında Şərq Xalqları Təbliğat və Təşviqat Şurasının katibi seçilmişdir. 1921-ci ilin iyununda Azərbaycan nümayəndə heyətinin tərkibində Kommunist İnternasionalının üçüncü konqresində iştirak etmişdir.

1921-ci ildə Nəriman Nərimanovun tövsiyəsi ilə Azərbaycan SSR-in (22 oktyabr 1921-ci ildən[1]), sonra isə ZSFSR-in Türkiyədə fövqəladə və səlahiyyətli səfiri olmuş, Sovet-Türkiyə, o cümlədən Azərbaycan-Türkiyə dostluq münasibətlərinin təşəkkül tapmasında və möhkəmləndirilməsində böyük rol oynamışdır. Onun təşəbbüsü ilə Türkiyənin TrabzonSamsun şəhərlərində Azərbaycanın konsulluqları açılmışdır. İbrahim Əbilovun səmərəli diplomatik fəaliyyəti və bilavasitə iştirakı sayəsində sovet respublikaları ilə Türkiyə arasında bir sıra ikitərəfli və çoxtərəfli müqavilələr imzalanmışdır. Naxçıvan muxtariyyətinin təməlini qoymuş 1921-ci il Moskva və Qars müqavilələrini digər naxçıvanlı diplomat, Sovet-Türkiyə danışıqlarında Azərbaycan nümayəndə heyətinin başçısı Behbud ağa Şahtaxtinski ilə birlikdə Əbilov da imzalamışdır.

Atatürkün İbrahim Əbilova verdiyi avtoqraflı fotoşəkli
Atatürk və İbrahim Əbilov Beynəlxalq uşaq bayramında

Türkiyə Respublikasının banisi və ilk prezidenti olan Mustafa Kamal Atatürk ilə Əbilov arasında dostluq münasibətləri var idi. Əbilov Azərbaycan hökuməti adından dostluq və qardaşlıq rəmzi olaraq Atatürkə qızıl xəncər hədiyə vermiş, Atatürk Ankarada Azərbaycan səfirliyinin binası üzərində ölkəmizin bayrağının qaldırılması mərasimində iştirak etmişdir.

Qızı Anadolu xanımın xatirələrindən:

"Əbilovun Azərbaycan, Rusiya və Türkiyə münasibətlərinin inkişafında da böyük rolu olub. Rusiyanın o vaxtlar Türkiyədə olan səlahiyyətli nümayəndəsi olan S. Aralov atam haqqında yazırdı: "Əbilov bütün digər müsbət cəhətlərilə bərabər, həm də böyük daxili mədəniyyətə malik bir insan idi".

Qeyd etmək lazımdır ki, 1922-ci il yanvarın 5-də inqilabçı, polkovnik, Qızıl Ordu Baş Qərargahının Reqistrasiya İdarəsinin (Sovet Ordusu Baş Kəşfiyyat İdarəsi-QRU-nun sələfi) ilk rəhbəri Semyon Aralov (1880–1969) RSFSR-in Türkiyədə səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunur. Bəzi ehtimallara görə, o, Ukraynada 12-ci Ordunun İnqilabi Hərbi Şurasında çalışarkən, 44-cü atıcı diviziyanın komandiri məşhur Nikolay Şorsun qətlini təşkil etmişdi. Trotskinin "adamı" sayılan Semyon Aralov bu qətli Pavel Tanxil-Tanxileviç vasitəsilə gerçəkləşdirmişdi. Daha sonra Şorsun yaxın silahdaşı, briqada komandiri "batka" Vasili Bojenko Jitomirdə zəhərləndirilmişdi (rəsmi versiyaya görə, ağ ciyər iltihabından vəfat etmişdi).

İbrahim Əbilov, qızı Ziba, qaynanası Y. İ. Smirnova və həyat yoldaşı Tamara Əbilova

Yenə qızı Anadolu xanımın xatirələrindən:

"1923-cü ildə İzmirdə Türkiyənin ilk iqtisadi konfransı keçirilərkən onun işində Atatürk də, Əbilov da iştirak edir. Anamın dediklərinə görə, İzmirdə əhali atamı çox yaxşı qarşılamışdı, onun qadınların hüququ mövzusunda etdiyi məruzə də ürəkdən bəyənilmişdi. Burada qaldığı müddətdə atam bir neçə tədbirdə, ziyafətdə iştirak edir. Belə ziyafətlərdən birindən qayıdarkən, mədə-bağırsağında kəskin ağrılar başlayır. İşə Atatürkün həkimləri də qarışıb, onun üzərində əməliyyat aparırlar, xəstəxanaya Atatürkün özü də gəlir, lakin İbrahim Məhərrəm bəyin həyatını xilas etmək mümkün olmur"… Atatürkün göstərişilə MisirHindistandan dəvət olunmuş alimlər atamın cənazəsini mumiyaya tutub, Bakıya göndərirlər və burada dəfn olunur. Onda bəlkə də heç kəsin ağlına gəlməzdi, amma indi düşünürəm ki, yəqin elə atamı ermənilər (ya onların əli ilə başqa düşmən qüvvələr-red.) zəhərləyib aradan götürüblər. Onun nüfuzundan, qazandığı uğurlardan qorxaraq, bu işə əl atmışlar. Anonim məktubları yazanlar da onlar idi…"

İbrahim Əbilov 1923-cü ildə fevralın 23-də Türkiyənin İzmir şəhərində vəfat etmiş, Bakıda dəfn edilmişdir.

  • Anadolu Abilova. "İbrahim Abilov — Azerbaydjanskiy druq Atatürka". Bakı, AzAtaM, 2003.  (rus.)[2]
  • Əbülfəz Quliyev, Akif Axundov. "Qazi Mustafa Kamalın dostu". Bakı, AzAtaM, 2008.  (az.)[3]
  • Gecikmiş gündəlik (film, 1986)
  • Dönüş (film, 1999)
  1. Hasanli, Cemil. Political, Social and Doplomatic Relations Betüeen Republic of Turkey and Azerbaijan and Soviet Russia // Turkish Foreign Policy During Ataturk’s Era 1920-1938: Caucasia, Balkans, Middle East From Political, Economic, Social and Cultural Aspects (ingilis). Istanbul University Press. 2021. 196. doi:10.26650/B/AA09.2021.009.05. ISBN 978-605-07-0784-7. 2024-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-10.
  2. Anadolu Abilova, İbrahim Abilov — Azerbaydjanskiy druq Atatürka [ölü keçid]. ataturk.az  (az.)
  3. Əbülfəz Quliyev, Akif Axundov — Qazi Mustafa Kamalın dostu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. ataturk.az  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]