Məmməd Məmmədyarov — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məmməd Məmmədyarov | |
---|---|
1922 – 1927 | |
Əvvəlki | Möhsün Qədirli |
Sonrakı | Muxtar Hacıyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | iyul 1875 |
Doğum yeri | |
Vəfat tarixi | 23 mart 1933 (57 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | inqilabçı |
Məmmədyarov Məmməd Məmmədqulu oğlu – Azərbaycan SSR dövlət xadimi, inqilabçı. Azərbaycanda Sovet hakimiyyəti qurmaq uğrunda fəal mübariz.
Həyatı
[redaktə | mənbəni redaktə et]Məmməd Məmmədyarov 1875-ci ildə Bakının Maştağa kəndində anadan olub. 1902-ci ildə Kommunist Partiyasına qəbul edilib. 1903-cü il ümumi iyul tətilinin təşkilatçısı, 1906-cı ildən Neft Sənaye Fəhlələri İttifaqı idarə heyətinin üzvü, 1917-ci ildən Bakı Sovetinin üzvü olub. 1917-ci ilin sonunda S. Martikyan, M. Plşakov, A. Baqdasarovla birlikə qırmızı qvardiyanın təşkilində fəal iştirak edib.
Məmmədyarov haqqında məlumat tapmaq indi biraz çətin olsa da 1958-ci ildə nəşr olunmuş "Azərbaycan Kommunist Partiyasının tarixi" kitabının I cildinin 311-ci səhifəsində onun Mart hadisələrindəki rolu haqqında məlumat almaq olur: "Mart vuruşları günlərində M. Məmmədyarov, A.Mikoyan … və başqa bolşeviklər sovet hakimiyyətini müdafiə edənlərin ilk sıralarında idilər. Müsavatçılarla vuruşmalarda A. Mikoyanın və M. Məmmədyarovun qızıl qvardiya dəstələri xüsusilə fərqlənmişdi. Bu dəstələr "dikaya diviziyanın" Nikolayevski küçəsində (indiki İstiqlaliyyət küçəsi) "İsmailiyyə" binasında yerləşən qərərgahina, habelə müsavatçıların səngər etdikləri İçərişəhərə hücum edirdilər".
Bakıda əhaliyə qarşı qırğının dövründə Azərbaycan milli qüvvələrinin "İsmailiyyə" binasında yerləşən qərargahına hücum edən dəstələrdən birinə M. Məmmədyarovun rəhbərlik etdiyi qeyd olunur.
Bunun səbəbini M. Məmmədyarov özü həmin hadisələrdə iştirakı haqda yazır: "1918-ci ilin mart hadisələri baş verən zaman bizim qızıl qvardiyamız sayca hələ az idi. Mart hadisələri günlərində Maştağa mollaları məscidlərdə bolşeviklərə qarşı "müqəddəs müharibə" elan edirdilər. Onlar deyirdilər ki, dindarların düşməni olan bolşevikləri öldürmək günah deyil, deyirdilər ki, kim bolşevik Məmmədyarovu öldürsə, cənnətə düşəcək. Bundan sonra Maştağa qoçusu Əzizin başçılığı ilə bir dəstə adam mənim mənzilimi mühasirəyə aldı və məni həbsxanaya saldılar" (Bax: "Sovet hakimiyyəti uğrunda", Bakı, Azərnəşr, 1967).
O, sonradan həbsxanadan qaçaraq Bakıya gəlmiş və Stepan Şaumyanın rəhbərliyi altında Bakı Kommunası ilə sıx əməkdaşlıq etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra M. Məmmədyarov Gəncə istiqamətinə hücuma keçən bolşevik qoşunlarının tərkibində vuruşub. O, özü bu barədə belə yazır: "Q.Korqanov yoldaşın komandanlığı altında bizim qızıl qoşunlarımız Kürdəmir cəbhəsində dayanmışdı. Mərkəzi Komitənin sərəncamı ilə mən, Sultan Əliyev, Mahmud Ağayev, Hənifə Hüseynov və başqaları səfərbərliyə alınıb Kürdəmir rayonuna göndərildik … Kəndlərdə şuralar təşkil etdik və qızıl ordu üçün yeni qüvvələr səfərbərliyə aldıq. Bir ay belə işlədik" (Bax: "Sovet hakimiyyəti uğrunda", Bakı, Azərnəşr, 1967).
Bu məsələ barədə digər mənbədə belə yazılıb: "Bakı qəzasının Maştağa və Şubanı kəndlərində M. Məmmədyarovun və D. Bünyadzadənin rəhbərliyilə azərbaycanlı kəndlilərindən dəstələr düzəldilmiş və bu dəstələr qızıl ordu hissələrinə daxil olmuşdular.
Bakı partiya konfransının qərarına uyğun olaraq 28 iyul 1918-ci ildə Bakı Xalq Komissarları soveti 1883–1892-ci illərdə anadan olmuş bütün vətəndaşların qızıl orduya çağırılması haqqında öz əmrini elan etdi. Bu əmrin müsəlman əhali arasında həyata keçirilməsində M. Məmmədyarov mühüm rol oynamışdı.
Osmanlı-AXC ortaq qoşunları tez-tez Bolşevik hakimiyyəti altında olan ərazilərə hücüm edən vaxtı Məmmədyarov müxalif mövqe tutmuşdur. O yazır: "Bizim cəbhənin vəziyyəti çox ağır idi… İki ay bundan əvvəl biz Bakıdan çıxan zaman malik olduğumuz on beş minlik ordudan indi bizim Biləcəri mövqelərində cəmi beş yüz nəfərə qədər əsgərimiz və Petrovun gəlib özünü yetirmiş dəstəsindən iki yüz nəfər adam qalmışdır. Mübarizəni davam etdirmək daha mümkün deyildi. Çünki düşmən hər tərəfdən Bakı üzərinə yeriyirdi. Türklərin nizami qoşunları, zirehli qatarlar, müsəlman korpusunun və "Vəhşi diviziya"nın hissələri, xanların və bəylərin silahlı quldur dəstələri – bütün bunlar şəhər üzərinə gəlirdi". Bu səbəbdən o daha sonralar həbs olunacaqdır.
O özü bu barədə belə yazır: "Caparidze yoldaş mənə məsləhət gördü ki, Maştağaya gedib özümün bütün sənədlərimi götürüm, ailəmi yerbəyer edim, sonra isə hamı ilə birlikdə Həştərxana yola düşmək üçün şəhərə qayıdım. Mən Maştağaya gələrkən, artıq burada türk generalı Təlfüt™ paşanın qərargahı yerləşmişdi. Qoçu Əziz və onun köməkçiləri olan mollalar türklərin yanında fəxri adamlar idi. Onlar qərargaha xəbər verdilər ki, "bolşeviklərin başçılarından biri" olan Məmməd Məmmədyarov Maştağaya gəlmişdir. Məni həbs etdilər və Paşanın yanına gətirdilər, o isə heç bir şey soruşmadan mənə 75 çubuq vurulmasını əmr etdi. Üçüncü gecə həmin zirzəmiyə on altı nəfər rus bolşevik yoldaşı gətirdilər, lakin onlar burada çox qalmadı. Onları apardılar və bir qədər sonra atəş səsləri eşidildi". Məmmədyarov bu dövr haqqında yazır: "…Yoldaşlarımızdan coxsu bu işgəncələrə tab gətirə bilməyib dəyənək zərbəsindən öldulər… Sultan Əliyev həlak oldu. O, sözun tam mənasında qan aparmaqdan öldu. Nizami Səttar oğlu, Hacı Əli Məmməd oğlu, Fərəməz Həmzə oğlu, Ağaverdi və başqaları da aclıqdan və kötəkdən öldulər….". Buna baxmayaraq Məmmədyarov özü sağ qalır.
Daha sonra M. Məmmədyarov Gəncəyə göndərilir və məhbus kimi orda müxtəlif işlərdə işləyir. Bir qədər sonra o, həbsdən qaçaraq yenidən Bakıya gəlir və burada inqilabi iş aparır.
M. Məmmədyarov 1920-ci ilin əvvəllərindən etibarən Balaxanıda milli hökumət əleyhinə iş apararaq, fəhlələrdən ibarət dəstələr düzəldərək daxildə təxribatlar törətməklə məşğul olur.
Bakı XI Qızıl Ordu tərəfindən işğal olunduqdan sonra Maştağa kəndində Qızıl Orduya qarşı müqavimət güclü olduğuna görə komandan Ostrovskinin əmri ilə kənddə mühasirə vəziyyəti elan edilir və M. Məmmədyarov milli qüvvələri məhv etmək üçün Maştağaya göndərilir. O Maştağaya gələn kimi kəndin ağsaqqallarını, mollalarını, din xadimlərini və kənddə böyük hörmət sahibi olan qoçu Əzizi həbs etdirib onlardan qisas alaraq hamısını güllələtdirir. O, sovet hakimiyyəti illərində müxtəlif vəzifələrdə çalışıb və 1933-cü ildə öz əcəlilə vəfat edib. Onun qəbri Bakıda, Birinci Fəxri Xiyabandadır.