Abani Mukerci — Vikipediya
Abani Mukerci | |
---|---|
benq. অবনীনাথ মুখোপাধ্যায় | |
Doğum tarixi | 3 iyun 1891 və ya 1891[1] |
Doğum yeri | |
Vəfat tarixi | 28 oktyabr 1937 və ya 1937[1] |
Vəfat yeri |
Abani Mukerci (hindcə: অবনীনাথ মুখার্জি, rus. Абанинатх Трайлович Мукерджи; 3 iyun 1891 və ya 1891[1], Cəbəlpur, Britaniya Hindistanı – 28 oktyabr 1937 və ya 1937[1], Moskva) — Hindistan kommunisti, SSRİ-də yaşamış mühacir, Hindistan Kommunist Partiyasının həmtəsisçisi, Stalin repressiyalarının qurbanı olan nadir hindlilərdən.
Həyatı
[redaktə | mənbəni redaktə et]Abani Mukerci 3 iyun 1891-ci ildə Cubbulpur kəndində anadan olub. Məktəbi bitirdikdən sonra 1910-cu ildə pambıqçı olaraq çalışıb. 1912-ci ildə Almaniyaya və Yaponiyaya göndərilib. Almaniyada ikən sosializm ilə tanış olub və bu ideologiyanın yolu ilə getməyə başlayıb. Sonra Kəlküttəyə qayıdıb və pambıqçı Endrü Yuli Millin yanında çalışıb.
1914-cü ildə Raşbehari Bose ilə görüşüb inqilabi fəaliyyətə atıldı. 1915-ci ildə silah oğurlamaq üçün Yaponiyaya göndərildi. Sinqapurda ikən tutuldu və Fort Kemminq Həbsxanasında 2 il dustaq oldu. 2 ildən sonra qaçmağı bacaran Abani Hollandiyanın tərkibindəki hind adalarında yaşamağa başladı. Sonra dözmədi və 1919-cu ildə Kommunist İnternasionalı üçün Moskvaya gəldi. Burada Lenin ilə şəxsən görüşdü. İnternasional ərəfəsində Leninin katibəsi Roza Fitinqova ilə əlaqə saxladı. Sonra bu əlaqə evliliyə qədər çatdı və Abani Roza ilə evləndi. Bu evlilikdən Qora və Maya adında övladlar doğuldu. Qora 1942-ci ildə Böyük Vətən Müharibəsində qanlı Stalinqrad döyüşündə qəhrəmancasına həlak oldu.
1920-ci ilin sentyabrında Şərq Xalqları Qurultayında iştirak etmək üçün Bakıya gəldi. Burada şirin xatirələr yaşadı. Azərbaycanlılar və xüsusilə də Nəriman Nərimanovla əlaqə saxladı.
1921-ci ildə Hindistana qayıdıb Hindistan Kommunist Partiyasını qurdu. Buradakı sosialistlərin qaldırdığı Malabar qiyamı barədə Leninə xəbər yollamaq üçün Hindistanda qaldı. Malabar üsyanı üçün Leninə məktub yazdı. Məktub Lenin tərəfindən bəyəniləndən sonra Sov.İKP MK üzvü oldu və adını Abani Trayloviç Mukerci etdi. Moskvaya təməlli köçdü və burada inqilabçı kimi yaşadı.
1928-ci ildə bəzi Hindistan sosialistləri onunla yola getmədiyindən Mukerci özünün qurduğu HKP-dən ayrıldı və Hindistan SSR adlı bir qayə yox oldu.
1930-cu illərdə Abani artıq SSRİ Elmlər Akademiyasının Şərq İnsitutunda akademik olaraq çalışırdı. Kommunist Akademiyada da bəzi elmi işləri mövcud idi.
2 iyun 1937-ci ildə ad gününə bir gün qalmış həbs olunur. 28 oktyabrda artıq marksizmə lənətlər yağdırdığından ölümü tez gerçəkləşir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]http://memory.pvost.org/pages/mukerdzhi.html
https://web.archive.org/web/20080120043445/http://www.hvk.org/articles/0903/287.html