Rani Mukerci — Vikipediya

Rani Mukerci
benq. রাণী মুখার্জী
Doğum tarixi (46 yaş)
Doğum yeri Kəlkütə, Hindistan Hindistan
Milliyyəti benqal
Vətəndaşlığı
Həyat yoldaşı Aditya Çopra (2014)
Fəaliyyəti Aktrisa
Fəaliyyət illəri 1996-cı ildən
Boyu 1,6 m
Çəkisi 58 kq[1]
IMDb ID0611552
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rani Mukherci (ing. Rani Mukerji və ya Rani Mukherjee) — əslən Hindistanlı film aktrisası. Mukherci-Samart ailəsində anadan olan Rani aktyorluq sahəsində hələ məktəbdə oxuyarkən Biyer Phool (1996) filmi ilə debüt etmişdir. Bollivudda əsas karyerasına 1997-ci ildə çəkildiyi Mənim kralım gələcək filmi ilə başlayıb. Növbəti il isə Karan Coharın rekordlar qıran və romantika janrında olan Nəsə baş verir filmində rol alıb. Bu filmdəki performansına görə Filmfare Ən Yaxşı Köməkçi Aktrisa Mükafatına layiq görülüb.

21 Aprel 2014 Rani və Aditya Çopra ilə evlənib.

Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir.

Rani, Maneckjee Cooper orta məktəbini bitirmişdir. Tezliklə o, Mumbayın kino istehsalçılarından təkliflər almağa başlayır. O, Bollivuda gedir və nəticədə dünya kino sənayesinin ən yaxşı aktrisalarından birinə çevrilir.

Onun 1996-cı ildə çəkildiyi ilk film olan "Raja Ki Aayegi Baraat" o qədər uğur qazana bilmir. Rani Mukhercinin çəkildiyi "Həyatda hər şey olur" (1998) ekran əsəri onun böyük müvəffəqiyyət qazanmasına səbəb olur. O, bu filmdə Hindistan kinosunun əfsanəsi, aktyor Şahrux Xanla tərəf-müqabil olmuşdu.

Bu filmdən sonra Raniyə gələn kino təklifləri daha da artır. O, 2002-ci ildə "Sevgi anatomiyası" filminə çəkilir. 2004-cü il Rani üçün daha uğurlu gəlir. Hindistanın nəhəng kinokompaniyalarından olan "Yash Raj Films" Rani ilə əməkdaşlıq edir. Möhtəşəm kino nümunəsi olan "Vir və Zara" filmində (rejissor: Yaş Çopra) ifa etdiyi rol geniş tamaşaçı auditoriyasının rəğbətinə səbəb olur.

Aktrisa eyni zamanda estrada səhnəsində beynəlxalq turneydə də özünü sınamışdır. "Temptations-2004" turu Rani üçün ən uğurlu konsertlərdən biri olur. Rani həmin turneydə Şahrux Xan, Səif Əli Xan, Priti Zinta, Arcun Rampal, Priyanka Çopra kimi nüfuzlu aktyorlarla birgə iştirak etmişdir.

Rani Mukherci 3 dəfə (2005-ci ildən 2007-ci ilə qədər) "Bollivudun ən yaxşı aktrisaları" siyahısına başçılıq etmişdir.

2006-cı ilin fevralında "Filmfare" jurnalı "Bollivudun 10 böyük ismi" siyahısında onu səkkizinci, 2007-ci ildə isə 5-ci yerə layiq görmüşdür.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
İl Film Filmin orijinal adı Rolu Qeydlər
1996 Güllər (film, 1996) Biyer Phool Rimi
1997 Mənim kralım gələcəkdir (film, 1997) Raja Ki Aayegi Baraat Mala
1998 Əsir (film, 1998) Ghulam Alişa
1998 Nə isə baş verir Kuch Kuch Hota Hai Tina Malhotra Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
1998 Xına (film, 1998) Mehndi Puca
1999 Dəyər (film, 1998) Mann "Kaali Naagin Ke" musiqisi üçündəvət olunub
1999 Salam qardaş (film, 1999) Hello Brother Rani
2000 Duman (film, 2000) Badal Rani
2000 Oh Tanrım (film, 2000) Hey Ram Aparna Ram
2000 Hadh Kar Di Aapne Anceli Xanna
2000 Əqrəb (film, 2000) Bichhoo Kiran Bali
2000 Hər bir sevən ürək (film, 2000) Har Dil Jo Pyar Karega Puca Oberoy Nominasiya - Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
2000 Bu sevgi deyil umiddir (film, 2000) Kahin Pyaar Na Ho Jaaye Priya Şarma
2001 Yad uşaq (film, 2001) Chori Chori Chupke Chupke Priya Malhotra
2001 Bas Itna Sa Khwaab Hai Pooja Shrivastav
2001 Nayak: The Real Hero Manjari
2001 Kabhi Khushi Kabhie Gham... Naina Kapoor Cameo
2002 Pyaar Diwana Hota Hai Payal Khuranna
2002 Mujhse Dosti Karoge! Pooja Sahani
2002 Saathiya Dr. Suhani Sharma/Sehgal Filmfare Critics Award for Best Actress
Nominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
2002 Chalo Ishq Ladaaye Sapna
2003 Məhəbbət yolları ilə (film, 2003) Chalte Chalte Priya Chopra Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2003 Chori Chori Khushi Malhotra
2003 Calcutta Mail Reema/Bulbul
2003 Sabah açılacaq, yoxsa yox? Kal Ho Naa Ho "Mahi Ve" musiqisi üçün dəvət olunub
2003 LOC Kargil Hema
2004 Yuva Sashi Biswas Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
2004 Hum Tum Rhea Prakash Filmfare Ən Yaxşı Aktrisa
2004 Vir və Zara: Məhəbbət əhvalatı Veer-Zaara Səmiyə Siddiqu Nominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
2005 Black Michelle McNally Filmfare Award for Best Actress
Filmfare Critics Award for Best Actress
2005 Bunty Aur Babli Vimmi Saluja (Babli) Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2005 Paheli Lachchi
2005 Mangal Pandey: The Rising Heera
2006 Kabhi Alvida Naa Kehna Maya Talwar Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2006 Baabul Malvika "Milli" Talwar/Kapoor
2007 Ta Ra Rum Pum Radhika Shekar Rai
Banerjee (Shona)
2007 Laaga Chunari Mein Daag Vibhavari Sahay (Badki)/
Natasha
Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2007 Saawariya Gulabji Nominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
2007 Om Şanti Om Om Shanti Om Özü "Deewangi Deewangi" musiqisi üçün dəvət olunub
2008 Thoda Pyaar Thoda Magic Geeta
2008 Bu cütlüyü Tanrı yaradıb (film, 2008) Rab Ne Bana Di Jodi "Phir Milenge Chalte Chalte" musiqisi üçün dəvət olunub
2009 Luck by Chance Herself
2009 Dil Bole Hadippa! Veera Kaur/Veer Pratap Singh
2011 No One Killed Jessica Meera Gaity Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
2012 Aiyyaa Meenakshi Deshpande
2012 Talaash Roshni Shekhawat
2013 Bombay Talkies Gayatari
2014 Mardaani Shivani Shivaji Roy

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]