Rui Patrisio — Vikipediya

Rui Patrisio
port. Rui Patrício
Ümumi məlumatlar
Doğum tarixi 15 fevral 1988(1988-02-15) (36 yaş)
Vətəndaşlığı
Boyu 189 sm
Çəkisi 86 kq
Mövqeyi qapıçı
Klub haqqında məlumat
Klub
Karyerası
Gənclik karyerası
1997–2000 Portuqaliya Leiria e Marrazes
2000–2006 Portuqaliya Sportinq Lissabon
Klub karyerası[* 1]
2006–2018 Portuqaliya Sportinq Lissabon 327 (0)
2018–2021 İngiltərə Vulverhempton Uonderers 112 (0)
2021—2024 İtaliya Roma 96 (0)
2024 İtaliya Atalanta 0 (0)
Milli yığma[* 2]
2003–2004 Portuqaliya Portuqaliya U-16 5 (0)
2004–2005 Portuqaliya Portuqaliya U-17 11 (0)
2005–2006 Portuqaliya Portuqaliya U-18 4 (0)
2006–2007 Portuqaliya Portuqaliya U-19 10 (0)
2007–2008 Portuqaliya Portuqaliya U-20 8 (0)
2007–2010 Portuqaliya Portuqaliya U-21 14 (0)
2010– Portuqaliya Portuqaliya 108 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rui Pedro dos Santos Patrisio (15 fevral 1988) — İtaliya A Seriyasında oynayan Atalanta futbol klubunda və Portuqaliya milli komandasında qapıçı kimi çıxış edən portuqaliyalı peşəkar futbolçu. Klub və ölkə üçün etdiyi seyvlərə görə ona tez-tez "Sao Patrisio" ( Müqəddəs Patriso) ləqəbi ilə ilə istinad edilir.[1]

Sporting Lissabon klubunun gənclər akademiyasının yetirməsi olan Patrisio ilk komanda debütünü 18 yaşında edib və 467 rəsmi oyunda oynayıb. O, bu klubda keçirdiyi on iki il ərzində iki Portuqaliya Kuboku da daxil olmaqla beş kubok qazanmışdır. Patrisio 2018-ci ildə Vulverhempton Uonderers klubuna qoşulmaq üçün İngiltərəyə köçüb. 2021-ci ildə o, Roma klubu ilə müqavilə imzalayıb və bu klubdakı ilk mövsümündə Avropa Konfrans Liqasının qalibi olub.

Patrisio Portuqaliya millisində ilk dəfə 2010-cu ildə oynayıb və 2021-ci ildə onun millidəki 100-cü oyunu olub. O, ölkəni üç Dünya Kuboku və dörd Avropa Çempionatında təmsil edib, UEFA Avro 20162019 UEFA Millətlər Liqasında qalib gəlib.

Patrisio 27 avqust 2024-cü ildə İtaliyanın Atalanta klubu ilə bir illik müqavilə imzalayıb.[2]

  1. "O Mula de Marrazes que se tornou São Patrício" [The Mule from Marrazes who became Saint Patrício]. Observador (Portuguese). 14 June 2021. İstifadə tarixi: 17 June 2022.
  2. "Rui Patrício makes it a ten on the transfer market" (ingilis). Atalanta BC. 27 August 2024. 27 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]