Səkinə İsmayılova — Vikipediya
Səkinə İsmayılova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 24 fevral 1956 (68 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, muğam ifaçısı |
Fəaliyyət illəri | 1974–indiyə kimi |
Musiqi aləti | qaval |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Səkinə Qulu qızı İsmayılova (24 fevral 1956, Bakı) — müğənni, muğam ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1992),[1] "Şöhrət" ordenli (2016).
Həyatı
[redaktə | mənbəni redaktə et]Səkinə Qulu qızı İsmayılova 24 fevral 1956-cı ildə anadan olub.
Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini (1974), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990). Əməkdar artist (1989), xalq artisti (1992) Səkinə İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndədir.
Opera və Balet teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları – Leyli "Leyli və Məcnun", Əsli "Əsli və Kərəm", Gülbahar "Gəlin qayası", Şahsənəm "Aşıq Qərib" və s. ifa etmiş və etməkdədir.
Xalq mahnıları və muğamların əvəzədilməz ifaçısı olan Səkinə İsmayılova Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində — İran, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Vyetnam, Yaponiya, Hindistan, Avstriya, Almaniya, Hollandiya, İsveç, Fransa, Norveç, Danimarka, Macarıstan, Lüksemburq, ABŞ və s. dəfələrlə yüksək səviyyədə təmsil etmişdir. Səkinə İsmayılova ilk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradaraq bu kiçik kollektivlə son illərdə bir sıra xarici ölkələrdə çıxış etmişdir.
Təcrübəli muğam ustası rəsmi dövlət və yubiley tədbirlərinin fəal iştirakçısı olmaqla bərabər, son illərdə Heydər Əliyev adına Sarayda, və Azərbaycan Dövlət Filarmoniyasında keçirdiyi solo konsertlərlə də tamaşaçılarının rəğbətini qazamışdır. Səkinə İsmayılova Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının müəllimidir. Onun yetirmələri bu gün müxtəlif musiqi kollektivlərində uğurla çıxış edir və populyardırlar. Prezident mükafatçısıdır. 24 fevral 2016-cı ildə Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.[2]
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.[3]
13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.[4] 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.[5]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Qəzəlxan (film, 1991)
- Hacı Arif (film, 1995)
- Nəriman Əliyev (film, 2005)
- Biz qayıdacağıq (film, 2007)
- Muğam (veriliş, 2007)
- Xalq təranələri (film)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "M.F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının bir qrup əməkdaşına "Azərbaycan Respublikasının xalq artisti" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 1992-ci il tarixli, 320 nömrəli Fərmanı Arxivləşdirilib 2023-05-25 at the Wayback Machine (az.)
- ↑ President.az. "S.Q. İsmayılovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 24 fevral 2016. 2020-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-27..
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
- ↑ AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.