Səməndər Axundzadə — Vikipediya

Səməndər Axundzadə
Doğum tarixi 1898
Doğum yeri
Vəfat tarixi 1933
Vəfat yeri
Təhsili
Fəaliyyəti mühəndis

Səməndər Axundzadə (tam adı: Səməndər Axund Zəki oğlu Axundzadə; 1898, Quba1933, Azərbaycan SSR) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Repressiya qurbanı.

Səməndər Axund Zəki oğlu 1898-ci ildə Quba şəhərində anadan olmuşdur. Axundzadə 1918-ci ildə Bakı realnı məktəbini bitirmişdir. Parlamentin 1919-cu il bir sentyabr qərarına əsasən, təhsilini dağ mədən mühəndisliyi sahəsində davam etdirmək üçün Almaniyanın Frayberq Akademiyasına göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında Axundzadənin təhsilinin bitməsinə bir il qaldığı göstərilirdi. O, 24 oktyabr 1924-cü ildə ali təhsilini burada başa vuraraq Dağ-mədən mühəndisi üzrə diplom almışdır. Təhsilini başa vurduqdan sonra vətənə dönmüş, Azərbaycan SSR Dövlət Plan Komitəsində ağır sənaye bölməsində işləmişdir. Repressiya olunmuşdur.[1]

  • Atası Axund Zəki Ərşi Hacızadə — 1850-ci ildə Xızıda doğulub. İraqda Nəcəf şəhərində ali ruhani təhsili alıb,[2] 15 il Qubada qazilik etmişdir. Türk, ərəb, fars dillərini mükəmməl bilən "Ərşi" təxəllüsü ilə bu dillərdə şeirlər yazan Zəki Hacızadənin 1914-cü ildə Bakıda nəşr edilən "Yədi Beyza" kitabında əsasən, tərbiyəvi əhəmiyyətə malik əsərlər toplanmışdır.[3] 1919-cu ildə vəfat etmişdir.
  • Qardaşı Ağaşərif Axund Zəki oğlu Axundov(1886, Xızı – 1959, Bakı) — 1886-cı ildə Xızıda doğulmuşdur. İlk təhsilini atasından almışdır. Səməd Mənsur, Hüseyn Cavid, Əliağa Vahidlə dostluq etmişdir. Dövrü mətbuatda ara-sıra şerləri dərc olunmuşdur. 1959-cu ildə Bakıda vəfat etmişdir.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 114
  2. "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
  3. "Arxivlənmiş surət". 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.