Sarkodinlər — Vikipediya

Sarkodinlər
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Sarkodinlər
Beynəlxalq elmi adı
  • Sarcodina

Sarkodinlər (lat. – Sarcodina) ibtidailərə daxil olan yarımtip.

Sarkodinlərin ən tipik nümayəndəsi şirin su amöbü (Amoeba proteus) və dizenteriya amöbüdür (Entamoeba histolytica). Şirin su amöbü gölməçələrdə, kiçik su hövzələrində yaşayır. O, birnüvəli canlı olub, sitoplazması 2 təbəqədən – ektoplazmaendoplazmadan ibarətdir.[1]

Psevdopodilər vasitəsilə hərəkət edir və qeyri-cinsi yolla (bölünmə) çoxalır. Bu canlılar əlverişsiz şəraitə düşdükdə sista əmələ gətirir.

Yalançı ayaq vasitəsilə qidalanırlar. Qidanın daxil olması üçün hüceyrədə müəyyən bir yer yoxdur. Qida yalançı ayaqların köməyilə tutulur və sitoplazmaya keçir. Burada onun ətrafinda həzm vakuolu əmələ gəlir.

Sarkomastiqoforlar biosenozda mühüm əhəmiyyət daşıyır. Onların əksəriyyəti bakteriofaq olub, bakteriyaların sayını və təsirini tənzimləyir, üzvi maddələrin toplanmasına, su və torpağın özünütənzimləməsinə şərait yaradır. Onlar ilkin produsentlər olub, mühiti qida maddələri ilə zənginləşdirir, onurğalıonurğasız su heyvanları üçün qida mənbəyi rolunu oynayır. Sarkomastiqoforlar həm də ətraf mühitin göstəricilərini, çirklənmə dərəcəsini təyin edən bioindikatorlardır.[2]

İnsan həyatında rolu

[redaktə | mənbəni redaktə et]

Dizenteriya amöbü (Entamoeba histolytica) insan orqanizmində parazitlik edir. Ona mürəkkəb inkişaf tsikli xarakterikdir. Üzərində dizenteriya amöbünün sistası olan ərzağı udaraq insan bu parazitə yoluxur. Bu parazitin əmələ gətirdiyi şiddətli ishal və bol qanaxma ilə müşayiət olunan ağır xəstəlik amöbiaz adlanır. Digər amöblər insanın bağırsaqlarında yaşayaraq bakteriyalarla qidalanır. Ümumiyyətlə, insanın mədə-bağırsaq sistemində 10-a yaxın amöb aşkar edilmişdir.[3]

Azərbaycanda Lobozea, Filosea, Acarpomyxea, Granuloreticulosea, Phaeodarea, Heliozoa siniflərinin nümayəndələri tapılmışdır.

Yarımtipə 8 sinif daxildir:

  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.

Sarkomastiqoforlar

  1. "Протисты: Руководство по зоологии". — СПБ.: Наука, 2007.- Ч.2–1144 с. ISBN978-5-02-026224-9(Ч.2), ISBN 5–026258-7
  2. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
  3. Sarkodinlər (Sarkodina) [ölü keçid]