Seyran Səxavət — Vikipediya
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Seyran Səxavət | |
---|---|
Seyran Əsgər oğlu Xanlarov | |
Doğum adı | Seyran Əsgər oğlu Xanlarov |
Təxəllüsləri | Seyran Səxavət |
Doğum tarixi | |
Doğum yeri | Yağlıvənd, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Almaz Mirzəli qızı Xanlarova |
Uşaqları | Samir Xanlarov, Röyanə Xanlarova, Toğrul Xanlarov, Orxan Xanlarov, Ləman Xanlarova |
Atası | Əsgər Xanlar oğlu Muradov |
Anası | Zərifə Əliyeva |
Təhsili | ADU-nun Şərqşünaslıq fakültəsinin fars dili şöbəsi |
İxtisası | tərcüməçi |
Fəaliyyəti | Yazıçı, şair, dramaturq, tərcüməçi |
Fəaliyyət illəri | 1962—h.h. |
Əsərlərinin dili | Azərbaycan dilinə və bir sıra xarici dillərə tərcümə olunub |
Janrlar | insan, sevgi, vətən kimi bəşəri mövzular |
seyransexavet.az |
Xanlarov Seyran Əsgər oğlu — yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991).
Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunmuşdur. "Qızıl teşt" pyesi Azərbaycan Akademik Dram teatrında (1988), "Büst" pyesi Lənkəranda (1989), "Qapıların o üzündə qalan dünya" pyesi Füzulidə (1990) Dövlət dram teatrında tamaşaya qoyulmuşdur.
2002-ci ildə "Nekroloq" romanı Azərbaycan Yazıçılar Birliyinin Y.Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatına layiq görülmüşdür[mənbə göstərin].
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Adalar (şeirlər). Bakı: Gənclik, 1970, 25 səh.
- Mənim planetim (şeirlər). Bakı: Gənclik, 1977, 40 səh.
- Hamı elə bilirdi ki (hekayələr və povest). Bakı: Gənclik, 1982, 204 səh.
- Daş evlər (roman). Bakı: Gənclik, 1985, 308 səh.
- Dar köynək (povestlər). Bakı: Yazıçı, 1987, 180 səh.
- Daş evlər (roman). Bakı: Gənclik, 1989, 415 səh.
- Qızıl teşt (povestlər, hekayələr). Bakı: Çaşıoğlu, 1999, 912 səh.
- Nekroloq (roman). Bakı: Mütərcim, 2003, 392 səh.
- Palıd toxumu (roman). Bakı: Qanun, 2003, 220 səh.
- Yüz ilin kişisi (povestlər və hekayələr)
Tərcümələri
[redaktə | mənbəni redaktə et]- A.Ebnoidze. İki ay kənddə və ya imeretisayağı evlənmə (roman). Bakı: Gənclik, 1986, 264 səh.