Qönçəbəyim — Vikipediya
Qönçəbəyim | |
---|---|
Qönçəbəyim Ehsan xan qızı | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan |
Vəfat tarixi | bilinmir |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Qönçəbəyim Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Qönçəbəyim və ya Qönçəbəyim Naxçıvanski (təqr. 1827, Naxçıvan, Naxçıvan xanlığı -?) — Naxçıvan xanları ailəsindən olan Azərbaycan şairəsi. Naxçıvanın sonuncu xanı olan Ehsan xanın qızıdır.[1]
Həyat və yaradıcılığı
[redaktə | mənbəni redaktə et]"Naxçıvanın sonuncu xan"ı olan Ehsan xanın qızıdır. 1827 ildə Naxçıvanda açılmış rus məktəbinə daxil olmuş, rus və fars dillərini öyrənmiş, Şərq ədəbiyyatına maraq göstərmişdir. "Qönçeyi-ülfət" ədəbi məclisinin iştirakçılarından olmuşdur. "Bəyim" təxəllüsü ilə lirik şerlər yazmışdır. "Şahzadə İbrahim" dastanına daxil edilən və Bəyimin dilindən deyilən şerlərin bir qisminin ona aidliyi ehtimal olunur. Ehsan xanla tanış olan gürcü şairi Nikolaz Barataşvili Naxçıvanda ikən onunla görüşmüş (1845), yaradıcılığı ilə maraqlanmış, ona şeir həsr etmiş ("Qoncabəyimin nəğməsi"), bir şerini gürcü əlifbası ilə köçürərək, tərcümə olunmaq üçün Tiflisə göndərmişdi. O, həmin şerin məclislərdə oxunması üçün xanəndə Səttara və şəkili Cəfərə verilməsini məsləhət görmüşdü. İ.K.Yenikolopovun yazdığına görə, Barataşvilinin ondan tərcümə etdiyi bir şeri xanəndə Səttar gürcü dilində ifa edirmiş.[2][3][4]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Xanlığın Rusiya tərəfindən işğal edilməsindən sonra ailə soyadını Naxçıvanski olaraq dəyişdirmişdir. Qönçəbəyim xanımın iki qardaşı İsmayıl xan Naxçıvanski və Kəlbəli xan Naxçıvanski Rusiya imperiyasınnı məşhur generallarından olmuşdurlar. Həmçinin bu qardaşların bir neçə övladı da hərbçi olmuşdur. Bunlardan ən məşhuru isə Hüseyn xan Naxçıvanskidir.[5]
Naxçıvanskilər
[redaktə | mənbəni redaktə et]Kəlbəli xan Kəngərli | |||||||||||||||||||||||||||||
Ehsan xan Kəngərli (1789—1846) | |||||||||||||||||||||||||||||
İsmayıl xan Naxçıvanski (1819—1909) | Kəlbəli xan Naxçıvanski (1824—1883) | Qönçəbəyim (1827—?) | |||||||||||||||||||||||||||
Ehsan xan Naxçıvanski (1855 — 1894) | Cəfərqulu xan Naxçıvanski (1859—1929) | Hüseyn xan Naxçıvanski (1858-1919) | |||||||||||||||||||||||||||
Kəlbəli xan Naxçıvanski (1891—1931) | Cəmşid Naxçıvanski (1895—1938) | Davud xan Naxçıvanski (?—1934) | |||||||||||||||||||||||||||
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.58.
- ↑ Azərbaycan qadın şairləri antologiyası. Baku: Avrasiya Press. 2005. 58.
- ↑ Azərbaycan Qender İnformasiya Mərkəzi . Qönçəbəyim
- ↑ Zülfiyyə Əliyeva. "Kəngərli nəslinin qadın nümayəndələri Xan Sarayının ekspozisiyasında". medeniyyet.nakhchivan.az. 2021. İstifadə tarixi: 4 July 2022.
- ↑ Алиханов, Bruce R. Оборона Баязета — рассказ генерал-лейтенанта хана Нахичеванского. Berlin: Кавказ. 198–203. ISBN 0-786918-50-0.