Sayaçı sözlər — Vikipediya
Sayaçı sözlər — qoyunçuluqla bağlı yaranan nəğmələrdir. Bu nəğmələrdə qoyun, quzu və keçidən danışılır. Sayaçı sözlər də çox zaman çəlikcə bayatıya oxşayır.
Nümunələr
[redaktə | mənbəni redaktə et]
Nənəm, a narış qoyun,
Yunu bir qarış qoyun.
Bulamanı tez yetir,
Gözləyir uşaq, qoyun.
Balaca – balaca çəpişlər
Yovşanın başın dişlər
Gedər yaylağı gəzər
Gələr aranda qışlar.
Dağlardan endi qoyun
Dolaşdı bəndi qoyun
Süd-qaymağı bol eylə
Sevindir kəndi qoyun.