Spermalar — Vikipediya
Spermalar (q.yun. σπέρμα "ailə" sözündəndir) — boşalma (orqazm) zamanı erkək heyvanlar və kişilər tərəfindən buraxılan maye (bulanıq, qatı, açıq boz). Spermatozoid və toxum mayedən ibarətdir[1].
Sperma istehsalı yeniyetməlik dövründə başlayır, yetkinlik dövründə maksimuma çatır və illər keçdikcə azalır. Hər boşalma zamanı ifraz olunan spermanın həcmi müxtəlif növlər üçün fərqlidir:
- insanda orta 2–5 ml;
- inəkdə orta 40–50 ml;
- Ev atında 60–100 ml;
- Çöldonuzunda 250 ml qədər;
- Qoyunda 1–1,5 ml;
- Balinada 3 litrə qədər.
Spermada olan maddələr: askorbin turşusu, hər bir qan qrupuna xarakterik olan antikorlar, xolesterin, xolin, limon turşusu, fruktoza, deoksiribonuklein turşusu, dokozaheksaenoik turşusu, siyanokobalamin, glutatyon, inozitol, laktik turşu, spermin, karbamid, hialuronurinovik turşu, pirimidin, spermidin, sidik turşusu, Zn2 +, Cl−, Ca2 +, Mg2 +, NO3−, PO43−, K +, Na + ionları.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004–2017