Su polosu arenası (Bakı) — Vikipediya
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Su polosu arenası | |
---|---|
Yeri | Səbail rayonu, Bakı, Azərbaycan |
Tikilib | 2014 |
Sahibi | Azərbaycan Gənclər və İdman Nazirliyi |
Tamaşaçı tutumu | 3.000 |
Su polosu arenası — Bakı şəhərinin Səbail rayonunda, əsasən su polosu yarışlarının keçirilməsi üçün nəzərdə tutulan arena. Arena Dövlət Bayrağı Meydanının cənub ucunda yerləşir. Arena təxminən üç min insan üçün nəzərdə tutulmuşdur. 2015-ci ildə arenada 2015 Avropa Oyunları çərçivəsində su polosu yarışmaları keçirildi.
Tarixi
[redaktə | mənbəni redaktə et]İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk dəfə olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2013-cü il fevralın 3-də keçirilmiş Oyunların Təşkilat Komitəsinin ilk iclasında Bakıda su polosu arenasının qurulacağını elan etdi.
Su polosu arenasının Bakıda Su İdmanları Mərkəzinin yanında inşa ediləcəyi açıqlandı. 2015-ci ildə Avropa Oyunlarının başlamasına qədər fəaliyyətə başlayır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- В Баку появятся арены для водного поло и пляжного волейбола Arxivləşdirilib 2016-11-14 at the Wayback Machine
- Официальный сайт Европейских игр 2015 Arxivləşdirilib 2014-03-28 at the Wayback Machine
- “Bakı-2015”-in keçiriləcəyi məkanlar açıqlandı
- Названы спортивные арены, где пройдут I Европейские Олимпийские игры Arxivləşdirilib 2014-07-28 at the Wayback Machine
- Bakıda möhtəşəm idman arenaları tikiləcək - FOTO Arxivləşdirilib 2015-06-17 at the Wayback Machine