Sukat — Vikipediya
Sukat - müxtəlif meyvələrdən hazırlanan quru mürəbbə.
Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur.
- Alma sukatı
- Armud sukatı
- Ərik sukatı
- Qarpız sukatı
- Qovun sukatı
- Qabaq sukatı
- Gavalı sukatı
- Limon qabığından sukat
- Portağal qabığından sukat
- Heyva sukatı
Mənbə
[redaktə | mənbəni redaktə et]- Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.