Suxoy Su-39 — Vikipediya

Suxoy Su-39
Tipi hücum təyyarəsi[1]
Hazırlayan Suxoy Dizayn Bürosu[d]
İstehsalçı Ulan-Ude Aviasiya Zavodu
İlk uçuş 4 fevral 1991
Buraxılış sayı 4
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SU -39 Döyüş təyyarəsi (INDEKS T-8TM).

Su-39, SU-25-in dərin modernizasiyasıdır. Təyyarənin üzərində işlər 1986-ci ilin yanvar ayından başlanmışdır. Həmin dövrdə SSRİ müdafiə nazirliyi tərəfindən belə qərara gəlinmişdi ki, sutkanın istənilən vaxtı döyüş apara bilən yeni versiyanın Su-25T-nin üzərində işə başlanılsın. Yeni təyyarədə yeni radioelektron aparatların və geniş silah nomenklaturasının istifadəsi planlaşdırılmışdı. Yeni təyyarə üçün tələblər bunlar idi:

1. Silahların hədəflərə qarşı daha effektiv tətbiqi;

2. Düşmənin hava hücumundan müdafiəsinin effektiv keçilməsi;

3. Relyefin dəyişikliklərinə uyğun olaraq aşağı hündürlüklərdə uça bilmək.

T-8TM-3 öz birinci uçuşunu 1995-ci ildə 15 avqustda etdi. Elə həmin il təyyarə rəsmi olaraq Su-39 adlandırıldı. Hazırkı dövrdə bu modifikasiyalı 4 təyyarə düzəldilmişdir. Yaxın dövrlərdə aviasiyanın əsas vəzifəsi quru qoşunlarının əsas zərbə qüvvələri olan tank qoşunlarını məhv etmək və yaxud da onların hərəkətini ləngitmək olacaqdır ki, bununla da həmin dövr ərzində quru qoşunları yenidən qruplaşmağa və əkshücum əməliyyatlarına vaxt qazanmış olacaqlar. Su-39-un konstruksiyası Su-25UB təlim döyüş təyyarəsinin konstruksiyasına çox bənzəyir. Lakin Su-39 da ikinci pilotun yerində əlavə yanacaq çəni və çənin altında xüsusi aralıqla ayrılmış radioelektron aparatlar yerləşdirilmişdir. Qoşalüləli QŞ-23-2 pulemyotu gövdənin əsas oxundan 273 mm sağa çəkilmişdir . Təyyarənin ön şassisi isə əsas oxdan 222 mm sola doğru çəkilmişdir. Füzelyajın quyruq hissəsində isə daha bir yanacaq çəni əlavə edilmişdir. Modernizasiya olunmuş təyyarə yeni radiolokasiya sistemi “Kolye-25” ilə təmin olunmuşdur. Bu sistem təyyarənin qanadlarının altında yerləşən asqı nöqtələrinə xüsusi konteynerdə asılır.

Su-39 həmçinin təyyarələrlə hava döyüşü aparmaq qabiliyyətinə də sahibdir. Bunun uçun Su-39 aşağıdakı raketlərə sahibdir:

1. P-73 : mənzil 20 – 40 km olan hava – hava raketi;

2. P-27 : mənzil 50 – 90 km olan hava – hava raketi; 3. P-77 : mənzil 80 – 110 km olan hava – hava raketi

Dəniz qüvvələri ilə mübarizə aparmaq üçün təyyarə X -31A raketləri ilə təmin olunur: mənzil-110 km.

Düşmənin radiolokasiya sistemləri ilə mübarizə üçün isə Su-39 X-31P ve X-25MPU tipli raketlər istifadə edir.

Yer hədəflərinin məhvi üçün isə yüksək dəqiqliyə malik “Vixr” raketlərindən istifadə olunur. Su -39 özü hədəfi müəyyən edib ona qarşı hansı silahdan istifadə etməyi təyin edə biləcək qədər avtomatlaşdırılmışdır. Təyyarənin ümumilikdə 11 asqı yeri mövcuddur. 5 ədədi qanadlarda, 1-i isə füzelyajın altında. Ümumilikdə təyyarənin silahlanma kombinasiyaları aşağıdakı kimi ola bilər.

1. 16 ədəd Vixr tipli TƏIR;

2. 4 ədəd radiolokasiya əleyhinə raket X-31P və X-25MPU;

3. 4 ədəd gəmiəleyhinə raket X -31A;

5. 8 ədəd blokda ümumi sayı 160 raket olan S-8 kompleksi;

6. fərqli kütlələrdə aviabombalar və yandırıcı baklar;

7. 4 ədəd asılan pulemyotlu konteynerlər;

8. Təyyarənin füzelyajının altında qoşalüləli GŞ-23-2 Su- 39 da istifadə olunan pilotaj naviqasiya apparatları onun sutkanın istənilən vaxtında, istənilən hava şəraitində döyüşməyə, həmçinin uçuşu tam avtomatik rejimdə aparmağa imkan verir.

Yeni təyyarə 3 əsas problemin həlli üçün yaradılmışdır:

1. Düşmənin tanklarını PDM, ZTRözüyeriyən artilleriya qurğularını dayanmış və hərəkətdə olanda, döyüş zamanı sutkanın istənilən vaxtında və çətin hava şəraitində məhv etmək;

2. Fərqli siniflərdən olan dəniz hədəflərini – desant bərələri, sürətli katerlər, freqatlar, esminesləri məhv etmək;

3. Quru qoşunları aviasiyasını, ağır zərbə və hərbi nəqliyyat təyyarələrini yerdə və havada məhv etmək Təyyarənin əsas hissələrindən biri günün istənilən anında döyüş aparmağa imkan verən “Şkval” nişangah kompleksidir. Su- 39 uçuş zamanı sabitliyi ilə fərqlənir. Bunun nəticəsində Şkval sistemi 10 km məsafədə hədəfi 60 sm dəqiqliyilə məhv etməyə kömək edir.

TƏİR Vixr yüksək dəqiqliyə sahibdir. Buna görə də Su-39-un döyüş kompleksi düşmənin 16 zirehli hədəfini məhv etməyə yetərlidir. Müqayisə üçün deyək ki Su-25 160 ədəd idarəolunmayan S-8 raketi götürür, amma dəqiqliyi ancaq bir neçə tankı vurmağa bəs edir. Əsas silah TƏİR “Vixr” 1 metr qalınlığında homogen polad zirehi deşə bilir. Bir Leopard 2 hərəkətdə olarkən Su- 39 tərəfindən Vixr ilə məhv edilməsi ehtimalı 0.8-0.85-dir (80- 85%). Təyyarə həmçinin X-29T X-29P və X-25MP kimi daha güclü idarəolunan raketlər ilə də silahlandırıla bilər. TƏİR Vixr-in minimal atəş məsafəsinin az olması ona 2 km-lik meteominimumda 200 metrdən hədəfi məhv etməyə belə imkan verir. Təyyarə həmçinin az tələbatı ilə fərqlənir belə ki, Su-39-un havaya qalxması üçün qrunt uçuş zolağı da yetərlidir. Hətta 3000 metrdən yuxarı dağlıq ərazilərdə belə təyyarə havaya qalxa bilir. Güc strukturu 2 ədəd TRD-195S tipli turbindən ibarətdir. Turbinlərin hər birinin gücü 4500 kq/sm². Turbinlərin infraqırmızı diapazonda şüalanması azaldılmışdır. Bununla belə təyyarə 6 ton sursatı havaya qaldırır. Bu kriteriyalarda təyyarə Fransanın Mirage-2000-5, ABŞ-nin F-16C, İsveçin JAS-39 Gripen təyyarələrini qiymət/effektivlik nisbətinə görə 1,4- 2,2 dəfə qabaqlayır.

Təyyarənin bəzi əlavə üstünlükləri

[redaktə | mənbəni redaktə et]

1. Dizel yanacağını belə işlədə bilməsi;

2. Yüksək kvalifikasiyalı xidmət ekipajı tələb etməməsi;

3. İstənilən kvalifikasiyalı pilot tərəfindən idarə edilə bilməsi.

Su-39–da pilotun mühafizə hissələrinin (zireh) ümumi kütləsi 1115 kq-dır. Hansı ki, bu mühafizə pilotun 30 mm-lik atıcı silahlardan 100 % qorunmasını təmin edir. Həmçinin Stinger tipli DZRK–ların tətbiqi zamanı belə təhlükəsiz enişə kömək edir. Pilotun kabinəsi isə titan zirehlə qorunur. Bu zireh 30 mm-lik mərmilərin birbaşa təmasına qarşı davamlıdır.

Təyyarənin həyati qabiliyyətini “İrtış” adlı kompleks təmin edir. Bu kompleksin tərkibinə Qardeniya adlı radioelektron mübarizə/ “pomex” stansiyasi daxildir.

Bu stansiyanın tərkibinə daxildir:

1. İstiqamət araşdırıcı və identifikasiya edici hissə;

2. Aktiv infraqırmızı pomex “Suxoqruz” sistemi;

3. Dipol tipli yayındırıcılar və trasserlər Buraxıcı qurğu UB- 26 blokuna və İnfraqırmızı generatora sahibdir.

Sistem ümumilikdə 192 yalançı fişəngə sahibdir. Fişəngləri 2 tipdədir:

1. PPİ- 26 radiolokasion tipli

2. PPR- 26 istilik tipli.

Hər iki tip fişəng ümumi blokda yerləşdirilir. Təyyarənin aşkarlanmasının azaldılması üçün xüsusi boyası vardır. Bu radiosusturucu örtük EPR-elektron paramaqnit rezonansını azaltmağa və nəticədə təyyarəni RLS–lərdən yayındırmağa hesablanıb. Su-39-a qarşı istilik raketləri tətbiq edildikdə “Suxoqruz” sistemi öz raketlerini-yalançı hədəflərini atəşləyir. Üstəlik bu sistemde 6 kvt-lıq lampa da vardır. Lampa amplitudu dəyişdirilmiş dalğalar yayır və nəticədə raketin təyyarədən uzaqlaşdırılmasına səbəb olur. PPR-26 istilik tipli fişənglər də bu zaman istifadə olunur. Təyyarədə forsajsız TRD- 195S (idarəolunmayan soplolu) turbinlər vardır ki, bu turbinlərdə İnfraqırmızı iz bir neçə dəfə azaldılmışdır. Turbindəki dəyişikliklər onun çıxış temperaturunu aşağı salmış və təyyarənin termoizi aşağı düşmüşdür. Təyyarədə REM sistemlər də istifadə olunmuşdur və bu da düşmən HHM sisteminin keçilməsini asanlaşdırır. Əsas REM sistemi “İrtış” həm də radiotexniki kəşfiyyat vəzifəsini yerinə yetirir. Hansi ki, təyyarənin RLS-nin yönləndirilməsini, atəşin idarəedilməsinin və aşkar olunmasını təmin edir. Xüsusi indikatorla düşmənin RLS-nin tipi, təyinatı, araşdırdığı hədəf təyin olunur və kabinədə göstərilir . İrtış sisteminin köməyilə pilot döyüş vəziyyətindən asılı olaraq müxtəlif tapşırıqlar yerinə yetirə bilir. Bunlara düşmən RLS-lərinə raket zərbəsi endirmək, ZRK-ların təsir sahəsindən çıxılması, Qardeniya stansiyasının aktiv pomex verməsi və s. aiddir. İki kiçik konteynerdə Qardeniya sistemi qanadların altında asılır. Bu stansiya yanıldıcı, parıldadıcı, səs, yönləndirici tipdə pomexlər verə bilir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Qanad açıqlığı – 14,36 m

Uzunluq – 15,06 m

Hündürlük – 5,2 m

Qanadların sahəsi – 30,1 m²

Təyyarənin normal uçuş kütləsi – 16 950 kq

Maksimal qalxma kütləsi – 21 500 kq

Yanacaq çəninin tutumu – 4890 l

Yerdə maksimal sürəti – 950 km/saat

Döyüş radiusu – 1050 km

Maksimal qalxma hündürlüyü – 12 000 m

Ekipaj – 1 nəfər

  1. https://web.archive.org/web/20120814090539/http://www2.uuaz.ru/production/su-39/su-39_uuap.html.