Seqed — Vikipediya
Şəhər | |
Seqed | |
---|---|
mac. Szeged | |
46°15′18″ şm. e. 20°08′42″ ş. u.HGYO | |
Ölkə | Macarıstan |
Tabesində | Çonqrad |
Başçı | Laslo Botka |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1498 |
İlk məlumat | 1183 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 75 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +36 62 |
Poçt indeksi | 6720 |
Digər | |
szegedvaros.hu | |
Vikianbarda əlaqəli mediafayllar |
Seqed (mac. Szeged) — Macarıstanın Çonqrad əyalətində yerləşən ən böyük üçüncü şəhəri. Bunda başqa əyalətin ən böyük regional mərkəzidir.
Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Seqed, Macarıstanın cənub sərhəddinin yaxınlığında, Maros çayının mənsəbindən cənubda, Tisa çayının hər iki tərəfində, Karpat hövzəsinin mərkəzində yerləşir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Seqed şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Ptolomey öz əsərində qədim şəhər olan “Partiskum” adlı şəhərinin adını çəkmişdir. Ehtimal olunur ki, o zamanlar bu ərazidə Qərbi Hun hökmdarı Atilla məskunlaşmışdı. Seqed adına ilk dəfə Kral III Belanın hakimiyyəti dövrünə aid bir sənəddə rast gəlinir (1183). Monqolların Avropaya hücumu nəticəsində xarabalığa çevrilən şəhər sonralar yenidən inşa edilmişdir. I Luisin hakimiyyəti illərində Cənubi Macarıstanın ən əhəmiyyətli şəhəri olan Seqed coğrafi mövqeyi baxımdan osmanlıların diqqət mərkəzində idi. 1526-cı ildə Osmanlı qoşunlarının hücumuna mərzu qalan şəhər sonradan Osmanlıların Buda əyalətinin məntələrindən biri olmuşdur [3]. Şəhər 1686-cı ilə qədər Osmanlıların tabeliyində qalmışdır. 1919-cu ildə Macar-Rumın müharibəsi nəticəsində şəhər yenidən Macarıstanın tərkibinə qatılmış, 1920-ci ildə şəhərin yəhudi nüfuzu ən yüksək səviyyəsinə çatmışdır. II Dünya müharibəsi illərində Seqed böyük dağıntılara məruz qaldı. 6000 nəfərlik əhalinin içində Yəhudi vətəndaşlar həbs edildi və Nasist düşərgələrində öldürüldü. 1944-cü ildə isə şəhər SSRİ ordusu tərəfindən işğal edildi. Kommunist işğalı altındakı Seqed şəhəri o dövrdə yüngül sənaye və qida sənayesi sahəsində Macarıstanın əsas şəhərlərindən birinə çevrilmişdi. Təkcə Seqed ölkənin petrol ehtiyacının 67%-i qarşılayırdı. 1962-ci ildə şəhər Çonqrad əyalətinin tabeliyinə verildi. Günümüzdə də ölkənin turizm və təhsil cəhətdən tez-tez ziyarət edilən yerlərindən biridir.
Turizmi
[redaktə | mənbəni redaktə et]Seqed şəhəri turizm cəhətdən Macarıstanın ən əhəmiyyətli şəhərlərindən biridir. Şəhərin populyar tursit məkanlarına "Mura Ferens" muzeyini, Seqed sinaqoqunu, "Pik Salami və Seqed Paprika" muzeyini, açıq hava teatrlarını misal göstərmək olar. "Mura Ferens" muzeyi 1896-cı ildə istifadəyə verilmişdir. Burada müxtəlif arxeoqrafik, etnoqrafik, tarixi və təbiət elmləri sahəsində edilən araşdırmalar nəticəsində əldə edilmiş eksponatlarla yanaşı, Mura Ferensin xatirə otağı da vardır. Seqed sinaqoqu- 1907-ci ildə yəhudi əsilli macar memar Liput Baumhorn tərəfindən yaradılan sinaqoq modernizmin ən bənzərsiz nümunələrindən biridir.
Təhsili
[redaktə | mənbəni redaktə et]Şəhərdə 62 baxça, 32 ibtidai məktəb, 18 orta məktəb fəaliyyət göstərir. Seqed şəhəri Macarıstanın cənubunda ən əhəmiyyətli təhsil mərkəzlərindən biridir. 1581-ci ildə inşa edilən Seqed Universiteti tələbələrin sayına görə Macarıstanda 2-ci böyük universitetdir. Akademik göstəricilərinə görə isə Avropanın 100 əsas universitetləri sırasına daxildir.
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ (unspecified title). Hungarian Central Statistical Office.
- ↑ Magyarország helységnévtára, Detailed Gazetteer of Hungary (mac.). KSH, 2024.
- ↑ Sadık Müfit Bilge, Macaristanda Osmanlı Hakimiyyetinin ve İdari Teşkilatının Kuruluşu ve Gelişmesi