Türküstan — Vikipediya

Türküstan
Mərkəzi Asiya.1927
Mərkəzi Asiyanın xəritəsi.1927

Türküstan (türklərin yurdu) — Mərkəzi Asiyanın tarixi Türküstan ərazisinə müasir Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Çinin Sintsyan-Uyğur milli rayonu, Sibir cənubunun türkdilli regionları, Əfqanıstanın şimalı və İranın şimal-şərq hissəsi aid edilir. İlk dəfə olaraq "Avesta" da" iti sürətli atlara malik olan" tur tayfasının adı ilə bağlı Turyana (Turan) ölkəsinin adı çəkilir."Avesta" da turlar İran dillərində danışan müasir xalqların ulu əcdadları olan Arilərin qatı düşməni,həm də onlardan fərqli etnos kimi göstərilir və Turan İrana(ari etnonimindən) qarşı qoyulur.İranda Sasanilər sülaləsi dövrünə aid ədəbi abidələrdə,IX əsr və sonrakı dövr tarixçilərin əsərlərində və Firdovsinin "Şahnamə"sində Turan Türküstan, Turanlılar isə türklər adlandırılır.Azərbaycanın XIV əsrin ikinci yarısı və XV əsrin I yarısında yaşamış görkəmli coğrafiyaşünas alimi Əbdürrəşid Bakuvi Türküstanın bütün Türk ölkələrinin ümumı adı olduğunu və onun sərhədlərinin 1-ci iqlim qurşağından başlayaraq şərqin dərinliklərinə doğru 7-ci iqlimə qədər uzandığını yazmışdır.Bakuvi həmçinin türklərin cənubdan şimala doğru bütün iqlimlərdən şərqdə yaşadıqlarını göstərmişdir. XVII–XIX əsrin əvvəllərində Qərbi Avropa və rus tədqiqatçıları Türküstanın mühüm ticarət, siyasi və mədəni mərkəzi olan Buxaranın adı ilə indiki Mərkəzi Asiyanı bəzən "Böyük Buxariyə",ondan şərqdə yerləşən torpaqları isə" Kiçik Buxariyə"adlandırırdılar. XVIII əsrin ortalarında Türküstanın Mərkəzi Asiyadan şərqdəki ərazisi ("Kiçik Buxariyə") Çinə birləşdirildikdən sonra çinlilər ona Sintszyan (" Yeni sərhəd", "Yeni ərazi") adı veriblər. XVIII–XIX əsrlərdə Şərqdə,sonra isə RusiyaAvropada Böyük Buxariyə və Kiçik Buxariyə birlikdə Türküstan adlandırıldı və həm də "Buxara Türküstanı" və Çin Türküstanı hissələrinə bölünürdü. XIX əsrin ortalarından başlayaraq Buxara Türküstanı Qərbi Türküstan, Çin Türküstanı isə Şərqi Türküstan adlandırılmağa başlanmış və sonralar bu coğrafi istilahlar vətəndaşlıq hüququ qazanmışdır. XIX əsrdə və XX əsrin əvvəllərində müasir Mərkəzi Asiya və Qazaxıstan,Mərkəzi Asiyanın türk xalqları yaşayan hissəsin əhatə edən coğrafi vilayət Türküstan adlanır və şərti olaraq Qərbi (və ya Rusiya), Şərqi (və ya Çin), Cənubi (və ya Əfqanıstan) Türküstanına bölünürdü. Rusiyaya birləşdirilmiş Qərbi Türküstanda 1867-ci ildə Türküstan general-qubernatorluğu təşkil olunmuşdu. 1886-cı ildən "Türküstan ölkəsi" adı rəsmiləşdirildi. 1918-ci ilin aprel ayında Qərbi Türküstan ərazisində RSFSR-in tərkibinə daxil olan Türküstan MSSR yaradılmışdı. Türküstan Sovet Respublikalarının milli dövlət sərhədlərini müəyyənləşdirilməsi ilə əlaqədər 1924-cü il oktyabrın 7- də "Türküstan" istilahı "Mərkəzi Asiya" istilahı ilə əvəz olunur. Müasir dövrdə Qərbi Türküstanın ümumi coğrafi adı kimi "Mərkəzi Asiya" adı işlədilir. "Qərbi Türküstan"dan fərqli olaraq "Şərqi Türküstan" coğrafi adı elmi ədəbiyyatda daha çox işlədilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]