Tadeuş Romer — Vikipediya
Tadeuş Romer | |
---|---|
pol. Tadeusz Romer | |
Doğum tarixi | 6 dekabr 1894[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 mart 1978[1] (84 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Tadeuş Ludvik Romer (pol. Tadeusz Ludwik Romer; 6 dekabr 1894[1], Antanaşe[d] – 23 mart 1978[1], Monreal, Kvebek) – Polşa diplomatı, Polşanın Yaponiyadakı səfiri. İkinci Dünya müharibəsi zamanı Yaponiyaya qaçmış yəhudilərə dəstək göstərmişdir.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Romer 1919-cu ildə Roman Dmovskinin şəxsi katibi olmuşdur. Daha sonra Polşa Xarici İşlər Nazirliyinə daxil olmuş, Polşanın İtaliya, Portuqaliya, Yaponiya (1937–1943) və SSRİ-dəki (1942–1943) səfiri vəzifəsini yerini yetirmişdir. 1943–1944-cü illərdə mühacirətdə olan Polşa hökumətinin xarici işlər naziri təyin olunmuşdur. Müharibədən sonra Kanadaya köçmüş və MakQil Universitetində mühazirələr vermişdir.
Yəhudilərə dəstəyi
[redaktə | mənbəni redaktə et]Romer İkinci Dünya müharibəsi illərində Holokostdan qaçaraq Yaponiyanın Kobe şəhərinə gələn Polşa və Litva yəhudilərinə kömək göstərmişdir. 1940-cı ilin avqustundan 1941-ci ilin noyabrına qədər onları Yaponiyanın tranzit vizası, Kanada, Avstraliya, Yeni Zelandiya və Burmaya sığınacaq vizası, Fələstinə immiqrasiya sertifikatı, ABŞ və bəzi Latın Amerika ölkələrinə immiqrant vizası ilə təmin etmişdir.[2]
Romer 1941-ci ilin iyuluna qədər Polşanın Yaponiyadakı səfirliyində işləmişdir. O, Polşa yəhudilərinə maddi dəstək göstərmiş və Yaponiyaya gəlmələri üçün viza ilə təmin etmişdir. Polşa Müharibə Qurbanlarına Yardım Komitəsini yaratmış və həyat yoldaşı Zofiyanı komitənin prezidenti təyin etmişdir. Uzaq Şərq ölkələrində xeyriyyə kampaniyaları təşkil edərək Yokohama və Kobedə yaşayan yəhudi icmalarına dəstək göstərmişdir.
ABŞ-nin immiqrasiyanı məhdudlaşdırmasından sonra Romerin vəzifəsi daha da əhəmiyyətli olmuşdur. Belə ki, onun Polşa səfiri vəzifəsi Yaponiyada qalmış yəhudi qaçqınların yeganə ümidi olmuşdur. Romer qaçqınların immiqrasiyası üçün Polşanın müttəfiqləri ilə danışıqlar aparmışdır.
Romer 1942-ci ilin oktyabrında Yaponiyadan deportasiya edilmiş, lakin Şanxayda Polşanın konsultantı kimi fəaliyyət göstərməyə başlamışdır. O, bu vəzifənin müvəqqəti olduğunu yəqin etsə də, Pörl-Harbor insidentindən sonra Şanxaydan SSRİ-yə səyahət marşrutu xeyli təhlükəli olmuşdur. Bu səbəbdən SSRİ-yə gedə bilməmiş, bir müddət Şanxayda qalmalı olmuşdur. O, Şanxayda yaşayan Polşa müharibə qaçqınlarının analitik hesabatını hazırlamağa qərar vermişdir. Romer 1942-ci ilin iyununda Şanxaydakı polyak qaçqınların gender, yaş və siyasi partiya mənsubiyyətini öyrənməyə başlamışdır. 40 səhifəlik hesabatın məqsədi icmaların resurslarını, fəaliyyətini analiz etmək, Polşa qaçqınları üçün gələcək planı hazırlamq idi. Hesabat 1942-ci ilin avqustunda nəşr olunduqdan sonra polyak qaçqınlarda milli ruhu yüksəltmiş, Şanxay gettosunda Yaponiya hökumətinə qarşı mübarizə aparmaq üçün ilham vermişdir.
Romer 1942-ci ilin avqustunda Şərqi Afrikaya əsir mübadiləsinə başlamış, bu marşrutdan bəzi polyak qaçqınlar üçün qaçış yolu kimi istifadə etmişdir.[3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Çiune Suqihara – Litva yəhudilərini xilas edən Yaponiya diplomatı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France Tadeusz Ludwik Wiktor Romer // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ "Kanadyjska Fundacja Dziedzictwa Polsko-Żydowskiego - Tadeusza Romera Pomoc Żydom Polskim na Dalekim Wschodzie". 2011-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-06.
- ↑ Jakubowicz, Andrew. "Stopped in flight: Shanghai and the Polish Jewish refugees of 1941". Holocaust Studies. 24 (3). 2018: 287–304. doi:10.1080/17504902.2017.1387845.