Tahir Tağızadə — Vikipediya
Tahir Tağızadə | |
---|---|
Vəzifədədir | |
23 iyul 2021[1] | |
Əvvəlki | Vilayət Quliyev |
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri | |
9 iyul 2014[2] – 26 iyul 2021[1] | |
Əvvəlki | Fəxrəddin Qurbanov |
Sonrakı | Elin Süleymanov |
22 fevral 2007[3] – 9 iyul 2014[2] | |
Sonrakı | Elin Süleymanov |
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri | |
2006 – 2007 | |
Nazir | Elmar Məmmədyarov |
Əvvəlki | Mətin Mirzə |
Sonrakı | Xəzər İbrahim |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 avqust 1967 (57 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat |
| |
Təltifləri |
Tahir Tofiq oğlu Tağızadə (11 avqust 1967, Nijni Novqorod) — Azərbaycan diplomatı. Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və səlahiyyətli səfiri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Tahir Tağızadə 1967-ci ildə Rusiyanın Qorki (hal-hazırda Nijni Novqorod) şəhərində anadan olub.[3] Orta təhsilini Bakıda alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu qırmızı diplomla bitirib.[3]
Diplomat karyerası
[redaktə | mənbəni redaktə et]1990–95-ci illərdə SSRİ-nin, daha sonra Rusiyanın Çexoslovakiyanın Brno şəhərindəki Baş Konsulluğunda işləyib.[3] 1995-ci ildə Bakıya qayıdıb. 1996-cı il yanvarın 1-də Azərbaycan XİN-in ABŞ, Kanada və Avropa İdarəsinin 2-ci katibi təyin olunub.[3] 1997-ci ildə Azərbaycanın ABŞ-dəki səfirliyinə göndərilib, orada 8 il çalışıb, əvvəlcə 2-ci, sonra 1-ci katib olub.[3] Daha sonra mərkəzə çağırılıb, XİN-in Mətbuat və İnformasiya İdarəsinin rəhbəri vəzifəsini tutub.[3]
2007-ci il fevralın 22-də Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Çexiyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.[3] 2014-cü il iyulun 9-da Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.[2] 2021-ci il iyulun 23-də Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.[1]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Evlidir.[4] İngilis, rus, çex və slovak dillərini bilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Tahir Tağızadə Londondan Budapeştə göndərildi - YENİLƏNİB". report.az. 2021-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2021.
- ↑ 1 2 3 "T.T.Tağızadənin Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". report.az. 2021-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2021.
- ↑ 1 2 3 4 5 6 7 8 "Tahir Tağızadə: "Əsas vəzifəm Çexiya və Azərbaycanın potensialına uyğun möhkəm iqtisadi, mədəni və onların əsasında siyasi əlaqələrin qurulmasıdır"". apa.az. 2021-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2021.
- ↑ "Britaniyadakı səfirimiz xanımının adına şirkət təsis edib". qaynarinfo.az. 2021-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2021.