Talış (Hacıqabul) — Vikipediya
Talış | |
---|---|
40°04′13″ şm. e. 48°41′28″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Hacıqabul rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2.379 nəfər (2019) |
Talış — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd.
Toponimikası
[redaktə | mənbəni redaktə et]- Talış oyk., sadə.
- Hacıqabul r-nunun Abdulyan i.ə.v.-də kənd. Kürün sahilində, Muğan düzündədir;
- İsmayıllı r-nunun Kürdmaşı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir;
- Quba r-nunun Yerfi i.ə.v.-də kənd. Babaçayın sahilində, dağlıq ərazidədir;
- Şəmkir r-nunun Qaracəmirli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Hazırda; yerli əhali arasında Kommuna adı ilə də tanınır. İnqilabdan əvvəl Zeynal bəyə məxsus kənd olmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Zeynal bəy ata-baba yurdundan qovulmuş və 20-ci illərdə burada kommuna yaradılmışdır. Bundan sonra kənd də qeyri-rəsmi olaraq Kommuna adlandırılmışdır. Lakin rəsmi olaraq kəndin adı mənbələrdə Talış kimi qeyd olunur;
- Tərtər r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kəndlərin adları talış etnonimi ilə əlaqədardır.[1]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]- İqlmi cox sərt yayda çox isti, qışda çox soyuq.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi çox tərkiblidir (müxtəlif zonadan gələnlər) və əsasən İrandan gələn ailələrdir. Deyilənə görə, kəndin adı Talış adlı varlı bir mülkədarın adından götürülüb. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1946 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]- Kənddə Talış su kəmərləri istismarı idarəsi yerləşir. Bu idarə Bakı şəhərini su ilə təmin edən strateji obyektdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Hacıqabul rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |