Teokratiya — Vikipediya
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Dövlət idarəetmə formaları |
---|
|
Teokratiya (q.yun. θεός — Tanrı və κράτος — idarə etmək) — cəmiyyət məsələlərinin qanuni halda dini qanunlarla həll edildiyi idarəetmə sistemi. Dini strukturların və din xadimlərinin dövlət siyasətinə ciddi təsir etdiyi siyasi sistem.
Müasir teokratiya elementli dövlətlər
[redaktə | mənbəni redaktə et]İslam dövlətləri
[redaktə | mənbəni redaktə et]Şəriəti siyasi institutların əsası kimi qəbul edən Səudiyyə Ərəbistanı və İran klassik formada teokratik dövlətlər sayılırlar. İran eyni zamanda "teokratik respublika" da sayıla bilər. Çünki siyasi sistem islam dini üzərində qurulub. Yaxın Şərq dövlətlərinin əksəriyyətinin hüquq sistemi islam dininin təsiri altındadır. Türkiyə, İndoneziya, Banqladeş və Pakistan daxili həyatda dinin ciddi təsirinə baxmayaraq dünyəvi qanunlarla idarə olunur.
İsrail, Hindistan və Filippin qanunlarına görə şəriəti qəbul edənlər üçün o rəsmi qanun sayılır. Şəriət qanunlarının Sudan, Nigeriya, Əfqanıstan, Liviya və digər ölkələrdə də cəmiyyətə və dövlətə təsiri güclüdür.
Müqəddəs taxt-tac - (Vatikan)
[redaktə | mənbəni redaktə et]1929-cu ildə müstəqil dövlət elan edilən Vatikan klassik formada dini dövlətdir.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Siyasət ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |