Tiamin — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məlumatı yoxla. |
B1 vitamini – Tiamin (vitamin B1) — suda həll edilən vitamin, C12H17N4OS formululu birləşmə.
Suda yaxşı həll edilən,spirtdə həll edilməyən,rəngsiz kristal maddə.İsidildikdə dağılır. Birinci dəfə U.Sudzuki tərəfindən 1910-cu ildə beri-beri xəstəliyini düyü tullantıları ilə müalicəsini öyrənən zamanı sintez edilibdir.Digər məlumata görə vitamin birinci dəfə K.Funk tərəfindən 1912-ci ildə yaradılıb. Tiamin, suda yaxşı həll edilərək,orqanizmdə yığılıb qalmır və zəhərləyici xüsusiyyətləri yoxdur. Təmiz şəkildə birinci dəfə Barend Yansen tərəfindən 1926 - cı ildə alınıb.
Faydaları
[redaktə | mənbəni redaktə et]B1 vitamini iştahı artırır, qəbul edilən qidanın həzminə kömək edir, xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Bundan başqa o, sinir toxumalarının normal çalışmasına da yardımçı olur. B1 vitamininin əsas "düşmənləri" siqaret, spirtli içkilər və şəkərdir.
Defisit fəsadları
[redaktə | mənbəni redaktə et]Tiaminin davamlı şəkildə defisiti bir sıra ağır xəstəliklərə,ilk növbədə əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tiamin çatışmazlığının fəsadları beri-beri xəstəliyi kimi tanınır. Vitamin boyatma prosesinə,ürəyin fəaliyyətinə,əsəb sisteminin və həzm prosesinin fəaliyyətinə müsbət təsir edir. Tiamin çatışmamazlığı qidalanmanın pozulması ilə sıx bağlıdır. Beri-beri xəstəliyində zəiflik,çəkinin azalması,əzələlərin zəifliyi,intellektin pozulması,həzm və ürəyin fəaliyyətində problemlərlə müşayiət olunur. Böyük adamlara gün ərzində 1,4—2,4 mq tiamin tələb edilir.
Satış formaları
[redaktə | mənbəni redaktə et]- 2 mq,5 mq və 10 mq ( tiamin xlorid ) həbi;
- 2,58 mq,6,45 mq və 12,9 mq ( tiamin bromid ) həbi;
- 100 mq səthi qabıqlı( tiamin xlorid ) həbi;
- 100 mq kapsul
B1 vitamini ilə zəngin olan meyvə və tərəvəzlər
[redaktə | mənbəni redaktə et]kələm, kök, kərəvəz, limon, cəfəri, nar, turp, pivə mayası, soya paxlası, yulaf, banan, düyü.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Budaqlanan-Zəncir Aminturşusu Metabolizmi(İngiliscə)