Tomas Kreçmann — Vikipediya

Tomas Kreçmann
alm. Thomas Kretschmann
Doğum tarixi 8 sentyabr 1962(1962-09-08)[1][2] (62 yaş)
Doğum yeri
Milliyyəti alman
Vətəndaşlığı
Fəaliyyəti aktyor, kino aktyoru, üzgüçü[d], səsləndirmə aktyoru[d], model[d], televiziya aktyoru
Fəaliyyət illəri 1988-ci ildən
Mükafatları "Oskar" (2006)
IMDb ID0470981
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tomas Kreçmann (alm. Thomas Kretschmann‎; 8 sentyabr 1962[1][2], Dessau, ADR[3]) — Almaniya aktyoru, Oskar mükafatı laureatı.

Tomas Kreçmann Almaniya Demokratik Respublikasında, Dessau şəhərində anadan olub və boya-başa çatıb. Aktyorluq karyerasına başlamazdan əvvəl o, peşəkar üzgüçü olub və gənclərdən ibarət milli komandanın üzvü olub. 19 yaşında Kreçmann Almaniya Federativ Respublikasına köçmüşdür.

Kretçmann Lena Roklin ilə evlənmiş, onunla üç övladı var: oğulları Nikolas (1998-ci il təvəllüdlü) və Saşa (2002-ci il təvəllüdlü) və qızı Stella (1999-cu il təvəllüdlü). Ancaq 2009-cu ilin martında cütlük boşanmışdır.

Tomas Kreçmann bir çox filmlərə çəkildə də, daha çox 2002-ci ildə "Pianoçu" filmindəki alman zabiti Vilm Hosenfild rolu ilə bütün dünyada böyük şöhrət qazanmışdır.

  1. 1 2 Thomas Kretschmann // filmportal.de. 2005.
  2. 1 2 Thomas Kretschmann // Munzinger Personen (alm.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #136792081 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.