Tumatlar — Vikipediya
Tumatlar— Qədim Sibir cəmiyyəti. Xorilərin və qırğızların qonşuları.
Tarixi
[redaktə | mənbəni redaktə et]1217-ci ildə qırgızların qonşusu olan Tumatlar üsyan edirlər.
Fəzlullah Rəşidəddin yazır:
Çingiz xan Baarin boyundan Nayanın Tumatların üzərinə göndərilməsini əmr edir. Onun xəstələndiyini söylədilər. Buna görə o, Boraqul bahaduru göndərdi. [Monqollar] güclü bir orduyla Tumatlara hücum edib, onları hakimiyəti altına aldılar. Bu savaşda Boraqul bahadur həyatını itirdi. Tumatlar həddən artıq kinci və pis niyyətli xalq olduqlarından monqollar onların bir çoxunu qılıncdan keçirdilər.
Boraqul bahadurun ölümünə görə tumatlara qarşı yeni bir ordu göndərildi. Ordu, ormandan ağacları kəsərək irəliləyib tumatları qəflətən yaxaladılar.[1] Çox çəkmədi ki, tumatlar yene üsyan etdilər.
Bir il sonra, yəni 1218-ci ildə, “Bars ilində Barqucin Tokum ilə Baylukdakı tumatların bir boyu baş qaldırdığında monqollar üsyanı yatırmaq üçün tumatlara qonşu olan qırğızlardan əsgər istəyirlər. Buna görə qırğızlar da üsyan edirlər”. [2]
S. A. Uqdujekov, o dönəmlər qırğız-monqol münasibətlərinin pozulmağa başlamasını belə açıqlayır:
Monqol aristokrasiyası şimalda böyük dirənişlə qarşılaşacaqlarını gözləmirdilər.
Xorçi öz əmrində olan üç min əsgəri və Taxay ilə Aşihanın birlikləriylə yola çıxdı. Tümən üçün gərəkli digər beş min əsgəri orman xalqlarından təşkil edəcəydi. Bölgənin yeni hamisi olan Xorçi bu qədər əsgəriylə məqsədinə çata bilməzdi. Sonucda, Kıştım boylarından biri olan tumatlar, Xorçi və ona yardıma göndərilən Xuduqu bəyi (Orman boylarını çox yaxşı tanıyan)
girov götürür və Çingiz xanın yaxın dostu olan Boroqulun əsgərlərini məğlub edirlər.
"Qırğızıstan tarixi" kitabında da tumatlar haqqında qeyd var. Kitabda yazılır: "Üsyan Çingiz xanın Çini istila etdiyi dönəmdə başladı. İlk olaraq monqollara qızlarını kəniz olaraq vermək istəməyən Monqol dilli tumatlar baş qaldırdı. Ardından qırğızlar qonşularının üsyanını yatırmaq üçün əsgər verməyi rədd etdiler və Baarinlər də bunların fəaliyətini gizlincə dəstəklədilər. Onların başçısı, xəstəliyini bəhanə edərək üsyançılara qarşı səfərə çıxmaqdan boyun qaçırdı.[4]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat və qaynaqlar
[redaktə | mənbəni redaktə et]
- Рашид-ад-дин. Сборник летописей. — Т. I , кн. 1 — 2. — М.; Л.: Изд-во АН СССР, 1952. — 221 с.
- Козин С.А. Сокровенное Сказание. Монгольская хроника 1240 г. Том 1. М.-Л., 1941 (1942).
- Угдыжеков С.А. К оценке политической ситуации в Южной Сибири начала XIII века. // Известия лаборатории археологии. Вып. 1. Горно-Алтайск, «Издательство ГАГУ», 1995, с.195-199.
- İstoriya Kirgizii, c. I, Frunze, 1963.
- Николаев В. С. Погребальные комплексы кочевников юга Средней Сибири в XII—XIV веках. Усть-Талькинская культура. — Владивосток-Иркутск: Изд-во Института географии СО РАН, 2004. — 306 с.
- Ушницкий В. В. «Племя чрезвычайно воинственное и мятежное» (фольклорные сведения о легендарном племени туматов на территории Якутии). — «Этножурнал Ethnonet.ru»
- Ксенофонтов Г. В. Ураанхай-сахалар. Очерки по древней истории якутов. — Якутск,1992.
- Боло С. И. Прошлое якутов до прихода русских на Лену (По преданиям якутов бывшего Якутского округа). — Якутск: Нац. кн. изд-во «Бичик», 1994. — 320 с.
- Цыдендамбаев Ц. Б. Бурятские исторические хроники и родословные. Улан-Удэ: Бурятское книжное издательство, 1972.
- Цыбикдоржиев Д. В., Батоева Д. Б. Эпоха Монгольской империи в бурятских письменных памятниках XVIII — начала XX веков. — Монгольская империя и кочевой мир. Книга 2. Улан-Удэ: Изд-во БНЦ СО РАН, 2005.
- Цыбикдоржиев Д. В. Походы эпохи Монгольской империи в летописях, родословных, фольклоре и традиционных культах бурят. В сб. Мир Центральной Азии −2. II Международная научная конференция «Мир Центральной Азии». Улан-Удэ, БНЦ СО РАН, 2008.
- Зориктуев Б. Р. Прибайкалье в середине VI — начале XVIII века. Улан-Удэ: БНЦ СО РАН, 1997.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]