Turxan Xədicə Sultan — Vikipediya

Xədicə Turxan Sultan
هاتيس تورهان سلطان
8 avqust 1648 – 4 avqust 1683
ƏvvəlkiKösəm Sultan
SonrakıSaliha Dilaşub Sultan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ukrayna
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Validə Turxan Sultan türbəsi, Yeni Məscid
Fəaliyyəti siyasətçi, qul[d]
Atası Samilo Tuçapski
Həyat yoldaşı Sultan İbrahim
Uşaqları IV Mehmed
Aişə Sultan
Atikə Sultan
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Turxan Xədicə Sultan (16274 avqust 1683, Konstantinopol) — 18. Osmanlı sultanı Sultan İbrahimin hasəkisi19. Osmanlı sultanı Sultan Mehmedin anasıdır. 1651-ci ildə taxt naibəsi Kösəm Sultanın öldürülməsindən sonra taxt naibəsi olaraq dövlət işlərini oğlu adına idarə etməyə başladı.

Rus əsilli olub, 1627-ci ildə dünyaya gəlmiş və 12 yaşında tatar hücumları ilə ələ keçirilərək Kor Süleyman Paşa tərəfindən dövrün validə sultanı Kösəm Sultana hədiyyə edilmişdir. Saray hərəmxanasına alındıqdan sonra adı dəyişdirilərək Turxan Xədicə qoyuldu. Hərəmxana tərbiyəsi alan və Sultan İbrahimə təqdim edilən ilk kəniz olan Turxan Sultan 15 yaşında 2 yanvar 1642-ci ildə Şahzadə Mehmedi dünyaya gətirdi və hasəki sultan oldu. Şahzadə Mehmedin dünyaya gəlişi Osmanlı sülaləsinin kəsilmə təhlükəsinin qarşısını almış, bu səbəblə həm Turxan Sultan, həm də oğlu sarayda xüsusi dərəcəyə gətirildi. Saraydakı təlimiylə xüsusi olaraq Sultan Əhmədin qızı Atikə Sultan vəzifələndirilmişdir. Hasəki sultanlıq dövrü o qədər də yaxşı keçmədi. Oğlu Sultan Mehmedin taxta çıxışıyla 8 avqust 1648-ci ildə validə sultan oldu və bu ünvanı ölümünə qədər 35 il daşıdı.

Turxan Sultanın Osmanlı imperiyasının olduqca qarışıq bir dövründə başlayan validə sultanlığının ilk 8 ili daxildə və xaricdə böyük çalxantılarla keçdi. Bu dövrün ilk 3 ilində Sultan MuradSultan İbrahimin anası olaraq 25 ildən çoxdur validə sultan olan Kösəm Sultanın kölgəsində qaldı. Əslində Sultan Mehmedin cülusunun ardından Köhnə saraya getməli olsa da, onu dəstəkləyən dövlət adamlarının müdaxiləsi ilə Kösəm Sultan padşahın nənəsi olaraq "böyük/kəbir/qoca validə", Turxan Sultan isə "kiçik validə/validə-yi sagir" adlanmağa başladı. Bu illər ərzində saray hərəmxanasının idarəsi də Kösəm Sultanın əlində idi. Kösəm Sultanın maaşı 3000, Turxan Sultanın isə 2000 axca idi.

Kösəm Sultanın yeniçəri ağaları ilə ittifaq qurduğu böyük validəlik dövründə ordu dövləti və sarayı idarə edirdi. Çox keçmədən kiçik validənin də yanında başlələ Süleyman ağa, padşahın müəllimi Reyhan ağa və müsahibi İsmayıl ağa kimi sarayın nüfuzlu adamları toplanmağa başladı. Beləliklə, iki cəbhə arasında nüfuz mübarizəsi gücləndi. Sultan Mehmed səltənətinin dördüncü sədrəzəmi Siyavuş Paşa dövründə sədrəzəmin yeniçəri ağaları ilə münasibətlərinin pisləşməsi Turxan Sultanın tərəfdarı olan saray ağaları ilə Kösəm Sultanı dəstəkləyən yeniçərilər arasındakı mübarizəni daha da şiddətləndirdi. Yeniçəri ağaları Kösəm Sultanın təhriki ilə Turxan Sultanı dəstəkləyən bir neçə saray ağasını aradan qaldırmaq istədi və bununla saraydakı nüfuzlu şəxslər böyük validəyə qarşı Turxan Sultanı dəstəkləməyə başladı. Sultan Mehmedin böyük validə tərəfindən zəhərlənərək Şahzadə Süleymanın taxta çıxarılması xəbəri, Kösəm Sultanın kənizlərindən biri olan Mələk kalfa tərəfindən Turxan Sultana bildirilmiş, bununla da vəziyyət daha da gərginləşmişdir. Nəticədə Turxan Sultana bağlı 14 saray ağasının dəstəyi ilə Kösəm Sultanın qətlə yetirilməsi qərarlaşdırıldı və 1651-ci il 2 sentyabrı 3 sentyabra bağlayan gecə baş lələ Süleyman ağanın müdaxiləsi ilə Kösəm Sultan və tərəfdarları qətlə yetirildi. Beləliklə, Turxan Sultan sarayda bütün vəzifələri əlində cəmlədi. Ancaq bundan sonrakı 5 ildə mühüm hadisələrin baş verməsi (məsələn, Çinar hadisəsi), Venesiyalılara qarşı ard-arda gələn məğlubiyyətlər Turxan Sultanı çətin vəziyyətdə qoydu.

Baş memar Qasım ağanın sədrəzəmliyə məsləhət gördüyü yerlisi Körpülü Mehmed Paşanın adı gizlicə Turxan Sultana bildirildi. Onun bütün bu problemləri həll edə biləcəyinə inanıldı və Mehmed Paşa saraya çağırıldı. Mehmed Paşanın irəli sürdüyü 4 şərti qəbul edən Turxan Sultan bütün dövlət məsələlərini ona təslim etdi. Mehmed Paşanın şərtləri isə bunlar idi:

  1. Padşaha təqdim olunan bütün qərar və fərmanlar müzakirə edilmədən qəbul edilməli idi.
  2. Ən kiçik rütbədən ən böyüyünə qədər bütün təyinatlar sədrəzəm tərəfindən edilməli idi.
  3. Dövlət adamlarının təşhriki ilə vəzifələri və səlahiyyətləri məhdudlaşdırılmamalı idi.
  4. Dövlət işlərində sədrəzəmə düşmən olanların fikirləri alınmamalı idi.

1657-ci ilin payızından etibarən Sultan Mehmedin tərtiblənən səfərlər səbəbilə Ədirnədə qaldığı illərdə Turxan Sultan oğlunu tək qoymadı. Padşahın Ədirnədən ayrıldığı qısa müddətli səfərlərdə padşahın qorunması üçün vəzirlərdən biri xüsusi olaraq vəzifələndirilirdi. Bu dönəmlərdə qısa müddətliyinə İstanbula gedib şəhərdəki asayişi yoxlamışdır. Bu səyahətlərdən birində 1661–1662-ci illərdə sarayda oğlu üçün xüsusi otaq inşa etdirmişdir (Ovçu Sultan Mehmed xan otağı/Dolmabağça qəsri). Turxan Sultan Lehistan səfəri üçün 5 iyun 1672-ci ildə mərasimlə Ədirnədən ayrılıb oğluyla birlikdə Babadağına qədər irəlilədi. Ordu səfərdən dönənə qədər burada qalan Turxan Sultanın təhlükəsizliyi ilə vəzirlərdən İbrahim Paşa vəzifələndirilmişdi. Bu əsnada 8 yaşındakı nəvəsi Şahzadə Mustafa da yanında idi. Ancaq buradakı günləri səfər sonuna qədər çəkmədi. Ordu səfərdən dönərkən Turxan Sultan çoxdan İstanbula getmişdi. Bir həftə sonra isə Sultan Mehmed anasını Ədirnəyə gətirməsi üçün müsahib vəzirlərindən Mustafa Paşanı İstanbula göndərdi.

Turxan Sultan Körpülü Mehmed Paşanın sədarətindən sonra getdikcə dövlət işlərindən uzaqlaşdı. 1656-cı ildən etibarən ömrünün sonuna qədər xeyriyyə işlərilə məşğul oldu. Körpülü Mehmed Paşanın kürəkəni olan Mərzifonlu Mustafa Paşanın Vyana mühasirəsindəki məğlubiyyətini isə görmədi. Ordunun Vyana qalasına yaxınlaşdığı və oğlunun da Belqradda olduğu günlərdə 5 iyul 1683-cü ildə Ədirnədə vəfat etdi. Cənazəsi ertəsi gün kəndxudası Hüseyn ağa rəhbərliyində İstanbula göndərildi. Cümə axşamı günü Yalı köşkünə gətirildi. Taxt naibi və üləma tərəfindən qarşılanaraq həmin gün (7 iyul) Əminönündə özünün inşasını tamamladığı Yeni məsciddəki türbəsinə dəfn edildi.

Gülnuş Əmətullah Sultanın təsiriylə, Şahzadə MustafaƏhmədin dünyaya gəlişindən sonra qardaşları Şahzadə SüleymanƏhmədi boğdurmaq istəyən Sultan Mehmedə mane olmuş, bundan başqa sədrəzəm Siyavuş Paşanın vəzifədən alınmasının ardından edamına və Sabatay Sevinin qətlinə mane olmuşdur. Ancaq Anadolu başqazılığı dövründə sarayda nüfuz qazanmış ancaq şeyxülislam olduqdan sonra müxtəlif siyasi hadisələrə adı qarışan Xocazadə Məsud Əfəndinin vəzifədən alınaraq edam edilməsi məhz Turxan Sultanın nəzarətində baş tutmuşdur. Yusif ağa adlı bir qardaşını sonrakı illərdə İstanbula gətirdiyi bilinir.

Turxan Sultanın bilinən ilk xeyriyyə işi 1653-cü ildə Beşiktaşda inşa etdirdiyi çeşmədir ki, bu çeşmə günümüzə qədər gəlib çıxmamışdır. Venesiyalılarla davam edən müharibə əsnasında Çanaqqala boğazının təhlükəsizliyini təmin etmək üçün boğazın hər iki sahilində Fateh Sultan Mehmedin İstanbulun fəthindən sonra inşa etdirdiyi iki qalanın cənubunda iki yeni qala inşa etdirmişdir. İnşa olunan hər iki qalada bir məscid, yetim uşaqlar üçün məktəb, hamam və çoxlu sayda ev və dükanlar yerləşirdi. Hər iki qala padşah tərəfindən 1659-cu ilin payızında və 1661-ci ilin yayında inşaat prosesi davam edərkən, 1665-ci ilin payızında isə tamamlandıqdan sonra ziyarət edilmişdir. İkinci səyahətdə Turxan Sultan şəxsən iştirak etmişdir. İnşası Sultan Muradın hasəkisiSultan Mehmedin anası olan Safiyə Sultan tərəfindən başlayan Əminönündəki Yeni məscid Turxan Sultan tərəfindən tamamlanmışdır. 1598-ci ildə başlayan, ancaq dənizə yaxınlığı səbəbilə olduqca çətin və məsrəfli olan inşası 1603-cü ildə Sultan Mehmedin vəfatı və 1605-ci ildə Safiyə Sultanın Köhnə saraya sürgün edilməsi ilə yarım qalmışdı. Yalnız bünövrəsi atılan bu məscidin yarımçıq qalan inşası 56 il sonra İstanbulda məscid inşa etdirmək istəyən Turxan Sultan tərəfindən baş memar Mustafa ağanın tövsiyəsilə tamamlanmışdır (1663–1664) və 30 oktyabr 1665 cümə günü fəaliyyətə başlamışdır. Yeni məscid külliyəsi məscid, hünkar qəsri, darülqurra, yetim uşaqlar üçün məktəb, çeşmə, türbə və Misir bazarından ibarətdir. Bundan başqa Kandiye qalasının fəthindən sonra (1669) qalada aparılan bütün bərpa işlərinin məsrəfləri Turxan Sultan tərəfindən qarşılanmış, Müqəddəs Salvador monastırı onun adına məscidə çevrilmişdir. Qardaşı Yusif ağa adına Rumelində bir məscid (Yusif ağa məscidi), bir karvansara, Resmoda bir məscid və məktəb inşa etdirmişdir.

  • Turhan Sultan Kütüphanesi Katalogu, Süleymaniye Ktp., Yazma Bağışlar, nr. 2740, vr. 1a-b, 12a;
  • Selânikî, Târih (İpşirli), II, 733, 761;
  • Karaçelebizâde Abdülaziz Efendi, Ravzatü’l-ebrâr Zeyli (haz. Nevzat Kaya), Ankara 2003, s. 271–272;
  • Mehmed Halîfe, Târîh-i Gılmânî, İstanbul 1340, s. 23, 38, 42–44;
  • Abdurrahman Abdi Paşa, Vekāyi’nâme (haz. Fahri Ç. Derin), İstanbul 2008, tür.yer.;
  • Naîmâ, Târih (haz. Mehmet İpşirli), Ankara 2007, III, 953, 1165, 1324–1352, 1411;
  • Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekayiât (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 23, 34–35, 72, 82, 156;
  • Silâhdar, Târih, II, 116–117;
  • Uşşâkīzâde İbrâhim, Zeyl-i Şekāik (nşr. H. J. Kissling), Wiesbaden 1965, s. 608, 611–612;
  • Râşid, Târih, I, 415;
  • Îsâzâde Târihi (haz. Ziya Yılmazer), İstanbul 1996, s. 179;
  • Ahmed Resmî, Hamîletü’l-küberâ (haz. Ahmet Nezihi Turan), İstanbul 2000, s. 55–56, 62–63;
  • Devhatü’l-meşâyih, s. 64–66;
  • Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 20–22;
  • Mehmed Zihni, Meşâhîrü’n-nisâ, İstanbul 1294, I, 137;
  • Ahmet Refik [Altınay], Turhan Valide, İstanbul 1931;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 252–259, 290–306, 422;
  • A. D. Alderson, The Structure of the Ottoman Dynasty, Oxford 1956, s. 53, 81, 83, 105, tablo XXXVII/n. 6;
  • Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Ankara 1992, s. 56–59;
  • L. P. Peirce, Harem-i Hümayun: Osmanlı İmparatorluğu’nda Hükümranlık ve Kadınlar (trc. Ayşe Berktay), İstanbul 2002, s. 144, 260, 280, 339–341, 342–343;
  • Lucienne Thys-Şenocak, Osmanlı İmparatorluğu’nda Kadın Baniler: Hadice Turhan Sultan (trc. Ayla Ortaç), İstanbul 2009;
  • Şehabeddin Tekindağ, "XVII. Yüzyıl Türk Sanat Eserlerinden Bir Âbide: Yenicâmi Külliyesi", TD, sy. 28–29 (1975), s. 167–191;
  • C. Woodhead, "Ŧurқћān Sulŧān", EI² (İng.), X, 679.