Ukrayna Xüsusi Təyinatlı Qüvvələri — Vikipediya

Ukrayna Xüsusi Təyinatlılarının emblemi.

Digər bütün postsovet ölkələrində olduğu kimi Ukrayna xüsusi təyinatlıları (Spetsnaz) da keçmiş Sovet Silahlı Qüvvələrinin qalıqlarıdır. Ukraynanın hazırkı xüsusi təyinatlıları Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin tabeliyi altında fəaliyyət göstərir. Ukrayna Təhlükəsizlik Xidmətinin isə ayrıca xüsusi təyinatlıları var və onlar Alfa qrupu adlanır. "Alfa" Rusiya, Belarus, Qazaxıstan kimi bir sıra digər postsovet ölkələrində də keçmiş SSRİ-nin Alfa qrupunun əsasında yaradılıb. 2014-cü ildə Ukraynada baş verən hadisələr zamanı Berkut xüsusi təyinatlı polis dəstəsi hökumət tərəfindən ölkədə baş verənləri yatızdırmaq üçün istifadə olunan əsas qüvvələrdən biri hesab olunur. Ukrayna Spetsnazları kəşfiyyat məlumatları toplama, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, terrorizmə qarşı mübarizə və bir çox digər məsələlərə görə cavabdehdir. Spetsnaz qüvvələri 2014-cü ildə ölkədə baş verən Maydan hərəkatını yatırmaq üçün Yanukoviç hökuməti tərəfindən aktiv istifadə olunmuşdur. Lakin, Krım böhranıDonbass müharibəsi ərzində yeni hökumət xüsusi təyinatlılardan əvvəlki hakimiyyət qədər aktiv istifadə etməyə tərəddüd etdi. Sonradan bir çox Spetsnaz üzvləri döyüşlərdə iştirak etmək üçün Ərazi müdafiə batalyonlarına və ya Milli Qvardiyaya qoşuldu. Rusyönümlü separatçılar bəzi əraziləri ələ keçirməyə başladıqdan sonra, nəhayət Spetsnaz qüvvələri də döyüş əməliyyatlarına cəlb olundu. 2014-cü ilin may ayında baş verən döyüşlərdə 3-cü Spetsnaz alayının vəzifəsi Donetsk Beynəlxalq hava limanını mühafizə etmək idi.

Aktiv birliklər

[redaktə | mənbəni redaktə et]
Ukrayna Xüsusi Təyinatlıları təlimdə.

Ukrayna Təhlükəsizlik Xidməti

[redaktə | mənbəni redaktə et]
  • Alfa qrupu

Daxili İşlər Nazirliyi

[redaktə | mənbəni redaktə et]
  • Cheetah: 200 nəfərdən ibarət bu birlik Krımda yerləşirdi. 2014-cü il Krım böhranından sonra ordan çıxmağa məcbur oldu.
  • Pələng: Vəzifəsi terrorizmə qarşı mübarizə və ictimai təhlükəsizliyin qorunmasıdır.
  • Omeqa: Mariupolda yerləşən birlik Donbass müharibəsində aktiv iştirak edib. Veqa ilə birlikdə terrorizmə qarşı mübarizədə fərqlənir.
  • Skorpion: Vəzifəsi Ukraynanın nüvə obyektlərini qorumaqdır
  • Falkon: Mərkəzi Kiyevdə yerləşir, vəzifəsi mütəşəkkil cinayətkarlığa qarşı mübarizədir
  • Kobra: Dağ şəraitində döyüşmək üzrə ixtisaslaşıblar
  • Griffin: Məhkəmələrin və məhkumların təhlükəsizliyini təmin etmək
  • Yaquar: Vəzifəsi ixtişaşların və ya həbsxanada baş verən qiyamın yatırılmasıdır
  • Titan: Vəzifəsi xarici deputatların təhlükəsizliyini təmin etməkdir
  • Bars: Əsas vəzifəsi müxtəlif çıxışların, futbol xuliqanlarının qarşısının alınması və digər ixtişaşların yatırılmasıdır
  • Skat: Vəzifəsi limanların, gəmilərin və digər dəniz vasitələrinin təhlükəsizliyini təmin etməkdir. Sualtı fəaliyyətdə ixtisaslaşıblar
  • Kölgə: Kəşfiyyat və əks-kəşfiyyat üzrə ixtisaslaşmış birlikdir. Uzun müddət düşmənin arxasında əməliyyat keçirə bilirlər
  • Veqa: Terrorizmə qarşı mübarizədə Omeqa ilə birlikdə fəaliyyət aparmaqda fərqlənir.

Müdafiə Nazirliyi

[redaktə | mənbəni redaktə et]

Quru Qoşunları

[redaktə | mənbəni redaktə et]
  • 3-cü Spetsnaz alayı (Kropivnitski)
  • 8-ci Spetsnaz alayı (Xmelnitski)
  • 10-cu Spetsnaz bölüyü (Kiyev)
  • 140-cı Xüsusi məqsəd mərkəzi (Xmelnitski)
  • 801-ci anti-diversiya bölüyü (Nikolayev)

Hərbi Dəniz Qüvvələri

[redaktə | mənbəni redaktə et]
  • 73-cü Xüsusi Dəniz Mərkəzi (Oçakiv)