Uzaq Şərq federal dairəsi — Vikipediya
Uzaq Şərq federal dairəsi | |
---|---|
48°42′ şm. e. 135°12′ ş. u.HGYO | |
Ölkə | |
İnzibati mərkəz | Vladivostok |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 13 may 2000 |
Sahəsi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Uzaq Şərq federal dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Rusiya Federasiyasının ucqar şərq hissəsini tutur. Tərkibinə Saxa (Yakutiya) respublikası, Yəhudi muxtar vilayəti, Çukotka muxtar mahalı, Primorye və Xabarovsk diyarları, Amur, Kamçatka (Koryak muxtar mahalı ilə), Maqadan və Saxalin vilayətləri daxildir. Sahəsi 6215,9 min km.-dir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Uzaq Şərqin əsas təbii xüsusiyyətləri onun Asiya qitəsinin şərq qurtaracağında yerləşməsilə müəyyənləşir. Və buna birbaşa Sakit okeanın və onun dənizlərinin təsiri daha çox özünü büruzə verir. Uzaq Şərq sahillərini Çukot, Berinq dənizləri yuyur. Oxot və Yapon dənizləri, bəzi yerlərdə Sakit okean suları Uzaq Şərq sahillərinə təsir edir. Materik daxillərinə onların təsiri az olsa da, Uzaq Şərq böyük quru sahəsi cənub-qərb istiqamətindən şimal-şərq istiqamətə doğru 4500 km məsafədə uzanır. Materik zolağından başqa, Uzaq Şərqə Saxalin, Şantar adası (Oxot dənizi daxilində), Kuril adaları, ona qonşu olan Kamçatka yarımadası və Karagin və Kamçatka adaları daxildir. Uzaq Şərq və Şərqi Sibir arasında sərhəd iqlim xüsusiyyətlərinə görə ayrılır. Uzaq Şərq əsasən dağlıq ərazidir. Mezozoy və Kaynazoy qırışıqlı Sakit okean hövzəsinə aid olub, ayrı-ayrı sahələri müasir geosinklinallardan kənarda yerləşir.
Uzaq Şərqin Sibirdən fərqi onun cənubda olan musson iqlimindən və mussona bənzər şimal hissədə dəniz iqlimindən, Sakit okean və Şimali Asiya quru sahələri arasındakı fərqlərdən ibarətdir. İqlimin əsas təsir göstəriciləri dağlıq relyeflə bağlıdır. Dəniz sahili vəziyyətlə əlaqədar musson iqlim Uzaq Şərqin düzənliklərində coğrafi zonalar yaradır.
Tundra landşaft zonasına burada 58-59° şimal enliklərində rast gəlinir. Meşələr Uzaq Şərqin cənub rayonlarına çatan ərazilərinə qədər hakimlik edir. Buna analoji hal kimi Şimali Amerikanın şərq hissəsi uyğun gəlir. Mürəkkəb relyef dağarası düzənliklər və dağlıq təpəliklər üçün xarakterik olaraq ərazinin landşaft differensasiyasını yaradır. Düzənliklərdə geniş yayılmış meşə və tundra zonası dağlıq meşə xüsusiyyətləri ilə yanaşı landşaft tiplərini yaradır. Mürəkkəb relyefi, dağlıq və dağarası düzənlikləri meşə və tundra, əsasən də dağ-meşə landşaftları üçün xarakterikdir. Bununla əlaqədar zoocoğrafi və flora xüsusiyyətlərinə görə Uzaq Şərq ərazisi müxtəlifliyinə görə fərqlənir.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Təbii ehtiyatları: meşə, su enerjisi, müxtəlif növ faydalı qazıntılar və s. İqtisadiyyatında mədən, meşə və balıq sənayesi daha çox inkişaf etmişdir. Kənd təsərrüfatında dənli bitkilər və soya istehsalı, heyvandarlıq əsas yer tutur. İqtisadi əlaqələrində nəqliyyatın bütün növlərindən istifadə olunur.
15 iyul 2022-ci ildə Uzaq Şərq Federal Dairəsində ilk yüksək sürətli avtomobil yolu açıldı. O, üç federal magistral yolu birləşdirdi - "Ussuri" (Xabarovsk - Vladivostok), "Amur" (Çita - Xabarovsk) və "Vostok" (Xabarovsk - Naxodka), vilayət paytaxtını Komsomolsk-na-Amur ilə birləşdirən yolu, habelə əraziləri. inkişaf edən sosial-iqtisadi inkişaf ərazisinin (SAD)[1]
- ↑ "«Обход Хабаровска» — флагман дорожных концессий Группы «ВИС»". 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.