Vanya Radovanoviç — Vikipediya
Vanya Radovanoviç | |
---|---|
mont. Vanja Radovanović | |
Ümumi məlumatlar | |
Doğum adı | Vanya Radovanoviç mont. Vanja Radovanović |
Doğum tarixi | 28 oktyabr 1982[1] (42 yaş) |
Doğum yeri | |
Milliyyəti | Nikşiç, Monteneqro |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2004–h.h. |
Janr | |
Musiqi alətləri | vokal, gitara |
Vikianbarda əlaqəli mediafayllar |
Vanya Radovanoviç (mont. Vanja Radovanović; 28 oktyabr 1982[1], Belqrad) — Monteneqro müğənnisi və bəstəkarı. O, "Inje" mahnısı ilə Monteneqronu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Vanya Radovanoviç 28 oktyabr 1992-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Serbiyada, Belqrad şəhərində anadan olmuşdur. 2004-cü ildə musiqi karyerasına başlayan ifaçı ilk dəfə Monteneqroda keçirilən Pjesma Mediterana mahnı festivalında iştirak etmişdir. Radovanoviç festivalda ifa etdiyi "Dripac" mahnısı sayəsində "Ən yaxşı debütant" mükafatına layiq görülmüşdür. 2005-ci ildə o, yenidən eyni festivalda özünün bəstələdiyi "Krila olovna" mahnısı ilə iştirak etmişdir. Mahnı Monteneqro və Serbiyada hit olmuşdur. Həmin ildə Radovanoviç həm də Serbiyada keçirilən Radio festivalda öz bəstəsi olan "Izvini ne menja ljude" mahnısı ilə çıxış etmişdir. 2006-cı ildə isə ifaçı Serbiyanın "Beovizija" mahnı yarışmasında "Kad me jednom za te ne bude" mahnısı ilə iştirak etmişdir.
Musiqi festivallarında iştirakdan sonra Radovanoviçin 2007-ci ildə "Pričaj dodirom" sinqlı videoklip ilə birlikdə təqdim olunmuşdur. Həmin ildə ifaçı özünün musiqi qrupunu yaratmışdır. 2008-ci ilin ortalarında onun Pričaj dodirom adlı debüt albomu işıq üzü görmüşdür. Albom həmin ilə ərzində Monteneqroda ən çox satılan albomlardan biri olmuşdur. Albom ilə qazandığı uğurun ardınca Radovanoviç qrupu ilə birlikdə Monteneqroda meydanlarda, klublarda konsert proqramları ilə çıxış etmişdir. 2008-ci ildə onun "Takav sam i sad", 2009-cu ildə "Ne pitaj za mene", 2010-cu ildə "Bez koncepta", "Milo moje" və "Novi Sad" mahnıları təqdim olunmuşdur.
2014-cü ildə Radovanoviçin Svi životi moji adlı ikinci studiya albomu satışa buraxılmışdır.
2018-ci ilin əvvəlində Vanya Radovanoviçin "Inje" mahnısı ilə Monteneqronun RTCG telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. Fevral ayında baş tutan yarışmada Radovanoviç səsvermədə rəqiblərini məğlub edərək, qalib gəlmiş və "Inje" mahnısı ilə Monteneqronu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır.[2][3] Uzun sürən çalışmalardan sonra Vanya 10 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 16-cı səhnə almışdır. Nəticədə ifaçı final üçün yetərli xalı toplaya bilməmiş və yarımfinal mərhələsində məğlub olmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Vanja Radovanović // https://pantheon.world/profile/person/Vanja_Radovanović.
- ↑ "Vanja to represent Montenegro in Lisbon!". eurovision.tv. AYİ. 17 fevral 2018. 2018-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.
- ↑ "Montenegro: Vanja Radovanović to Eurovision 2018". eurovoix.com. Eurovoix. 17 fevral 2018. 2018-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.
Əvvəlki: Slavko Kaleziç "Space" | Monteneqro Avroviziya Mahnı Müsabiqəsində 2018 | Sonrakı: D-moll "Heaven" |