Vasili Kazakov — Vikipediya

Vasili İvanoviç Kazakov
Василий Иванович Казаков
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Filipovo, Buturlin rayonu, Nijni Novqorod oblastı, Rusiya imperiyası
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Dəfn yeri
Vətəndaşlığı SSRİ
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti rus
Qoşun növü artilleriya[d]
Xidmət illəri 1915-1968
Rütbəsi artilleriya marşalı
Döyüşlər Birinci dünya müharibəsi
Rusiya vətəndaş müharibəsi
Polşa-SSRİ müharibəsi
İkinci dünya müharibəsi
Təltifləri Sovet İttifaqı Qəhrəmanı Lenin ordeni (4)
Qırmızı Bayraq ordeni (5)
Suvorov ordeni 1-ci dərəcə (3)
Suvorov ordeni 2-ci dərəcə
Kutuzov ordeni 1-ci dərəcə
"Qırmızı Ulduz" ordeni
"Moskvanın müdafiəsi" medalı
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Virtuti Militari
Qrünvald xaçı[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vasili İvanoviç Kazakov (rus. Василий Иванович Казаков; d. 18 iyul 1898, Filipovo — ö. 25 may 1968) — SSRİ artilleriya marşalı, İkinci dünya müharibəsi iştirakçısı və Sovet İttifaqı Qəhrəmanı.

1898-ci ildə Nijni Novqorod quberniyasında Flipovoda kəndli ailəsində anadan olmuşdur. 1915-ci ildə İmperiya ordusuna qatılaraq Birinci dünya müharibəsində iştirak etmişdir. 1917-ci ilin əvvəllərində Riqa yaxınlığında yaralandığından Sankt Peterburqdakı ehtiyat birliyə köçürülmüşdür. Ordu dağılandan və Rusiya vətəndaş müharibəsi başladıqdan sonra ordudan tərxis edilmişdir. Tezliklə o, könüllü şəkildə yeni yaradılmış Qırmızı orduya qatılaraq artilleriya komandanı olmuş, Rusiya vətəndaş müharibəsi və Polşa-Rusiya müharibəsində[2] iştirak etmişdir. 1925-ci ildə Moskva artilleriya Akademiyasını[3] bitirmiş, 1932-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuşdur. İki il ərzində Frunze Akademiyasında oxumuşdur. 7 may 1940-cı ona ildə general-mayor rütbəsi verilmişdir.

İkinci dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

İkinci dünya müharibəsinin başlanğıcında o, 7-ci Mexanikləşdirilmiş Korpusa komandirlik edirdi.[4] Smolensk və Moskva uğrunda döyüşlərdə iştirak edərək anti-tank artilleriyası üçün yeni metodlar inkişaf etmişdir.[5] 1942-ci ildə Bryansk cəbhəsində Konstantin Rokossovskinin artilleriya komandiri olmuşdur. Generalla Stalinqrad, Don, Mərkəz və 1-ci Belarus cəbhəsində vuruşmuşdur. 17 noyabr 1942-ci ildə general-leytenant, 18 sentyabr 1943-cü ildə general-polkovnik rütbəsinə yüksəlmişdir. O, Kursk döyüşünün plançılarından biri idi. Baqration əməliyyatında Aşağı Dnepr hücumunda və Almaniyadakı döyüşlərdə iştirak etmişdir. Vistula-Oder hücumunda töhfələrinə görə 6 aprel 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı (medal No. 5871) adına layiq görülmüşdür.

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra Almaniyadakı SSRİ qüvvələrinin artilleriya qruplaşmalarının komandiri olmuşdur. 1950-ci ilin martında artilleriya Korpusunun ilk müavininə çevrilmişdir. Yanvar 1952-ci ildə komandir olmuş, aprel 1953-cü ildə yenə müavin rütbəsinə endirilmişdir. 11 mart 1955-ci ildə marşal rütbəsi əldə etmişdir. Quru Qoşunlarının Hava Müdafiəsində 1958-1965-ci illərdə işləmişdir.

1968-ci ilin 25 mayında Moskvada ölmüşdür.

  1. "Partial list of decorations". 2012-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-26.
  2. Vasily Kazakov Arxivləşdirilib 2013-10-12 at the Wayback Machine.
  3. Vasily Kazakov Arxivləşdirilib 2011-06-21 at the Wayback Machine.
  4. obituary Arxivləşdirilib 2016-10-10 at the Wayback Machine.
  5. "article". 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-26.