Verilənlərin ötürülməsi — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Verilənlərin ötürülməsi — (en. data transmission), (ru. передача данных), (tr. veri iletimi) — informasiyanın göndərən qurğudan qəbuledici qurğuya elektron üsulla verilməsi (bir nöqtədən digər bir nöqtəyə və ya bir nöqtədən çox nöqtəyə ötürülməsi) nəzərdə tutulur. Verilənlərin ötürülməsi üçün fərqli əlaqə vasitələri mövcuddur.
Bunlar arasında ən geniş yayılan əlaqə vasitələri mis kabellər, fiber-optik xətlər, telsiz və simsiz əlaqədir. Həmçinin verilənlərin ötürülməsi üçün daşınabilən disklərdən, usb yaddaşlardan, sərt disklərdən də istifadə olunur. Verilənlər aşağıdakı fiziki formalarda yadda saxlanır və ötürülür:
- Elektromaqnit dalğalar
- Radio dalğalar
- Mikro dalğalar
- İnfraqırmızı dalğalar
Verilənlərin ötürülməsi üçün həm analoq, həm də rəqəmsal siqnallardan istifadə etmək olar. Amma günümüzdə yalnız rəqəmsal siqnallardan istifadə edilir. Analoq siqnallar daimi dəyişən dalğalar olduğu halda, rəqəmsal siqnallar yalnız diskret şəkildə dəyişən dalğalardır. Rəqəmsal siqnallarla ötürülən məlumat müəyyən zaman aralıqlı impulslar şəklində göndərilir və qəbul edilir. Bu proses modem tərəfindən həyata keçirilir. Verilənlər özü də təbiətinə görə iki yerə bölünür:
- Analoq verilənlər (telefon danışıqları və s.)
- Rəqəmsal verilənlər (kopüterdən alınan məlumatlar və s.)
Hər iki tip verilənin rəqəmsal siqnallara çevrilib ötürülməsi mümkündür. Bunun üçün kodek avadanlıqlarından istifadə olunur. Bu avadanlıqlar bir çox modemlərin daxilində yerləşir və bir tip siqnalı digərinə çevirməyə imkan verir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.