Simsiz rabitə — Vikipediya
Aşağıdakı seriyaya aiddir: |
Antenalar |
---|
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Mobil telefon
[redaktə | mənbəni redaktə et]Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi.[1] Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir. Onlar bu alətlərdən radio siqnallarını ötürmək və qəbul etmək üçün tələb olunan avadanlıqları yerləşdirmək üçün istifadə edilən mobil telefon sahəsinin əhatə dairəsində istifadə oluna bilər.[2]
Tibb
[redaktə | mənbəni redaktə et]Mobil bədən məkanı şəbəkələri (MBAN) kimi yeni simsiz texnologiyalar qan təzyiqi, ürək döyüntüsü, oksigen səviyyəsi və bədən istiliyini idarə edə bilir. MBAN tibb məntəqələrinə və ya monitorinq məntəqələrinə aşılanan qəbuledicilərə aşağı güclü simsiz siqnallar göndərməklə işləyir. Bu texnologiya simli birləşmələrdən yaranan qəsdən və istəmədən yoluxma riski ilə mübarizədə kömək olur.[3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Robust demand for mobile phone service will continue; UN agency predicts". UN News Centre. 15 February 2010. 9 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2011.
- ↑ Vilorio, Dennis. "You're a what? Tower Climber" (PDF). Occupational Outlook Quarterly. 3 February 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 December 2013.
- ↑ Linebaugh, Kate. "More Hospital Medical Devices to Go Wireless". The Wall Street Journal. 23 May 2012. 13 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 May 2022.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Geier, Jim. Wireless LANs. Sams. 2001. ISBN 0-672-32058-4.
- Goldsmith, Andrea. Wireless Communications. Cambridge University Press. 2005. ISBN 0-521-83716-2.
- Larsson, Erik; Stoica, Petre. Space-Time Block Coding For Wireless Communications. Cambridge University Press. 2003.
- Molisch, Andreas. Wireless Communications. Wiley-IEEE Press. 2005. ISBN 0-470-84888-X.
- Pahlavan, Kaveh; Krishnamurthy, Prashant. Principles of Wireless Networks – a Unified Approach. Prentice Hall. 2002. ISBN 0-13-093003-2.
- Pahlavan, Kaveh; Levesque, Allen H. Wireless Information Networks. John Wiley & Sons. 1995. ISBN 0-471-10607-0.
- Rappaport, Theodore. Wireless Communications: Principles and Practice. Prentice Hall. 2002. ISBN 0-13-042232-0.
- Rhoton, John. The Wireless Internet Explained. Digital Press. 2001. ISBN 1-55558-257-5.
- Tse, David; Viswanath, Pramod. Fundamentals of Wireless Communication. Cambridge University Press. 2005. ISBN 0-521-84527-0.