Vesna Vuloviç — Vikipediya
Vesna Vuloviç | |
---|---|
serb-xorv. Vesna Vulović | |
Doğum tarixi | 3 yanvar 1950 |
Doğum yeri | |
Vəfat tarixi | 23 dekabr 2016[1] (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | stüard |
Vesna Vuloviç (serb-xorv. Vesna Vulović/Весна Вуловић; 3 yanvar 1950, Belqrad, Serbiya Sosialist Respublikası, Yuqoslaviya – 23 dekabr 2016[1], Belqrad) — stüardessa, Ginnesin Rekordlar Kitabına əsasən, yüksəklikdən paraşütsüz sərbəst düşmə zamanı sağ qalmış şəxslər arasında dünya rekordu sahibi. McDonnell Douglas DC-9–32 (JAT 367 reysi) təyyarəsi 10.160 metr (33.333 fut) hündürlükdə partlamışdır.[2]. Vesna Vuloviç hadisə məqamını nəinki yaşamış, həmçinin qalıqların yerə düşməsi zamanı 28 sərnişin və ekipaj üzvləri arasında yeganə sağ qalmış şəxs olmuşdur.[3][4][5]
Həyatı
[redaktə | mənbəni redaktə et]Vesna Vuloviç 3 yanvar 1950-ci ildə Belqradda anadan olmuşdur[6][7]. Onun atası biznesmen, anası fitnes üztə təlimatçı idi[7]. O xatırlayırdı:
Əvvəlcə mən Nyuberi şəhərində valideynlərimin dostları ilə qaldım. Lakin Londona getmək istəyirdim. Məhz orada bizə Stokholma getməyi təklif edən bir dostumla rastlaşdım. Valideynlərimə İsveçin paytaxtında yaşadığımı deyəndə, onlar seks və narkotiklər barədə düşünməyə başladılar və mənə dərhal evə qayıtmağımı tapşırdılar. Vesna Vuloviç |
Belqrada qayıdan Vuloviç dostlarından birinin bələdçi geyimindən təsirlənərək uçuş üzrə bələdçi olmaq qərarına gəlir. Vuloviç xatırlayırdı:
Qız o qədər yaxşı görünürdü ki... Həm də təzəlikcə Londonda olmuşdu. Mən fikirləşdim ki, niyə də stüardessa olmamalıyam? Belə olarsa, ayda bir dəfə Londona gedə bilərdim. Vesna Vuloviç |
Beləliklə, Vesna 1971-ci ildə Yuqoslaviyanın ən nəhəng daşıyıcısı olan JAT aviaşirkətinə işə qəbul edildi.[8]
Aviaqəza
[redaktə | mənbəni redaktə et]26 yanvar 1972-ci ildə DC-9–32 Jugoslovenski Aerotransport təyyarəsi (JAT, beynəlxalq adı — Yugoslav Airlines) Kopenhagen — Zaqreb dairəsində Stokholm — Kopenhagen — Zaqreb — Belqrad marşrutu üzrə uçuş həyata keçirirdi. Təyyarənin içində 28 nəfər var idi ki, onların da 5-i stüardessa Vesna Vuloviç də daxil olmaqla, ekipaj üzvləri idi. Qalan 23 nəfəri sərnişinlər təşkil edirdi. Təyyarənin qalxması, hündürlüyün təyinatı və hava yoluna çıxış adi şəraitdə baş tutdu. Uçuş təxminən 10 min metr yüksəklikdə həyata keçdi[2].
DC-9-un havaya qalxmasından bir saat sonra Hermsdorf ötürücü radiostansiyası və Şərqi Almaniya olmaqla, marşrutun növbəti nöqtələrini keçərək, 10.160 metr yüksəkliyə qalxdı. Tezliklə təyyarə gözlənilmədən dağılmağa başladı: pilot kabinəsi yerləşən burun hissəsi əsas gövdədən ayrıldı. Sınıqlar Çexoslovakiya ərazisindəki (hazırda Çexiya) Çeska-Kamenise şəhəri yaxınlığındakı Serb Kameniçe kəndinə düşdü. Bununla yanaşı, füzelyajın iri hissələri bir kilometrlik məsafəyə gəlib çatdı.
Rəsmi istintaq məlumatlarına əsasən, təyyarə sistemləri havada dağılmaya qədər normal vəziyyətdə idi, pilotlarsa öz yerlərini tərk etməmişdilər. Ekspertiza təyyarəçilərin qanında spirtli içki, yaxud narkotik vasitə aşkara çıxarmadı.[9] Bədbəxt hadisə və ya dağılma haqqında yerə heç bir siqnal göndərilməmişdi. İstismar müddəti bir ilə yaxın olduğundan təyyarənin nisbətən yeni olduğu qənaətinə gəlinmişdi.[2]
Faciəyə səbəb kimi füzelyajın qabaq hissəsinin yük yerində partlayış olması göstərildi. Qəzadan 10 gün sonra Çexoslovakiya Dövlət Təhlükəsizlik Xidməti partlayış mexanizminin hissəsi kimi təyin olunmuş zəngli saatın qalıqlarını təqdim etdi. Terror aktının həyata keçirilməsində "Ustaşi" xorvat təşkilatının tərəfdarları şübhəli bilindi.[10] Lakin rəsmi olaraq, cinayətin üstü tam açılmadı və icraçıların adları səsləndirilmədi.
Stüardessa Vesna Vuloviç
[redaktə | mənbəni redaktə et]22 yaşlı stüardessa Vesna Vuloviç bu reyslə uçmamalı idi. Aviaşirkətin səhvi ucbatından eyniadlı başqa bələdçini (Vesna Nikoliç) əvəzləməli oldu.[10] Qəza baş verən gün Vesna öz təhsilini başa vurmamışdı və ekipajda təcrübəçi kimi iştirak edirdi.[11]
Partlayış baş verərkən Vesna Vuloviç sərnişin salonunda işləyirdi. O, dərhal huşunu itirdi və sonradan nə etdiyini, məhz harada – orta və ya quyruq hissədə olduğunu xatırlaya bilmədi.[10]
Yerli sakinlər təyyarənin düşdüyü yerə xilasedicilərdən daha tez yetişdilər. Onlar qalıqları götürərək sağ qalanları axtardılar. Vesnanı kəndli Bruno Honke tapdı, ona ilkin tibbi yardım göstərdi və hadisə yerinə gələn həkimlərə təhvil verdi. Vesna komaya düşmüşdü. Kəllə sümüyünün, üç fəqərənin, hər iki ayağının və çanaq sümüyünün sınığı da daxil olmaqla, bir çox zədələr almışdı.
Vesna Vuloviçin sözlərinə görə, özünə gələndən sonra ilk istədiyi şey siqaret çəkmək olmuşdu.[10] Sonra isə pişiyinin və itinin harada olduğunu soruşmuşdu.[12]
Müalicə 16 ay davam etdi. Həmin müddətin 10 ayı boyunca, Vuloviçin bədəni qurşaqdan ayaqlarınadək iflic vəziyyətində idi.[13]
Qəzadan sonra
[redaktə | mənbəni redaktə et]Vesna Vuloviç xatirələrində qəza anını xatırlamadığına görə, qorxu hissi yaşamadığını qeyd edirdi. Buna görə də tam sağalandan sonra onu Yugoslav Airlines şirkətində stüardessa işinə qaytarmaq cəhdi oldu, lakin o, aviaşirkətdə ofis xarakterli vəzifədə çalışmağa başladı.
1977-ci ildə ailə qurmuş, 1992-ci ildə boşanmışdır. Övladı yoxdur.
1985-ci ildə Vesna Vuloviçin adı Ginnesin Rekordlar Kitabına düşmüşdür.
Ölümü
[redaktə | mənbəni redaktə et]Vesna Vuloviç 2016-cı ilin dekabrında Belqraddakı evində vəfat etmişdir. 23 dekabr tarixində onun cəsədi rəfiqələrinin narahatlığı, telefon zənglərinin cavabsız qalması səbəbindən mənzilə polis müdaxiləsindən sonra aşkara çıxarılmışdır.[14][15][16] Ölümünün səbəbi açıqlanmayıb.[17]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Vesna Vulovic // Find a Grave (ing.). 1996.
- ↑ 1 2 3 "Accident description MD DC-9-32" (ingilis). Aviation Safety Network. 2014-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-17.
- ↑ "Tv.Com — Разрушители мифов: Спасение без парашюта (История Весны Вулкович) (англ.)". 2010-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-29.
- ↑ Статья на Damn Interesting (англ.) Arxivləşdirilib 2011-07-01 at the Wayback Machine.
- ↑ Кравчук П. А. Рекорды природы. Л.: Эрудит. 1993. səh. 216.
- ↑ Sandomir, Richard. "Vesna Vulovic, Flight Attendant Who Survived Jetliner Blast, Dies at 66". The New York Times. 28 December 2016. 2017-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-29.
- ↑ 1 2 "Vesna Vulovic, air stewardess who survived a plane crash – obituary". The Daily Telegraph. 3 January 2017. 2017-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-29.
- ↑ "Vesna Vulovic: How to survive a bombing at 33,000 feet". Aviation Security Magazine. aprel 2002. 10 avqust 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2019.
- ↑ "Выдержка из официального отчёта расследования авиакатастрофы рейса JAT 367" (PDF). 2014-09-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-06-29.
- ↑ 1 2 3 4 Bilefsky, Dan. "Serbia's Most Famous Survivor Fears That Recent History Will Repeat Itself" (ingilis). The New York Times. 2008-04-26. 2017-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-29.
- ↑ "Десять тысяч метров без парашюта". 2014-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-29.
- ↑ Morningwriter. "Vesna Vulovic 3" (rus). Youtube.com. 17.05.2009. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-29.
- ↑ Тэйлор М., Мандэй Д. Книга Гиннеса об авиации: Рекорды, факты и достижения. — Мн.: БелАДИ ("Черепаха"), 1997. — С. 251.
- ↑ В Сербии скончалась стюардесса-рекордсменка Весна Вулович Arxivləşdirilib 2016-12-24 at the Wayback Machine// ТАСС, 24 декабря 2016
- ↑ В Сербии умерла стюардесса, пережившая падение с 10 километров в 1972 году Arxivləşdirilib 2016-12-24 at the Wayback Machine// РИА Новости
- ↑ "Умерла выжившая при крушении самолета стюардесса Весна Вулович". Российская газета. 2016-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-24.
- ↑ "Умерла пережившая падение с 10-километровой высоты стюардесса Весна Вулович". Lenta.ru. 2019-06-29. 2016-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-29.