Vladimir Vısotski — Vikipediya
Vladimir Vısotski | |
---|---|
rus. Влади́мир Семёнович Высо́цкий | |
| |
Doğum tarixi | |
Doğum yeri | Moskva, RSFSR, SSRİ |
Vəfat tarixi | (42 yaşında) |
Vəfat yeri | Moskva, RSFSR, SSRİ |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Həyat yoldaşı | İzolda Jukova (Meşkova) Lyudmila Abramova Marina Vladi |
Uşaqları | Arkadi Vısotski Nikita Vısotski |
Atası | Semyon Vladimiroviç Vısotski |
Anası | Nina Maksimovna Vısotskaya |
Fəaliyyəti | şair, nəğməkar şair, müğənni-bəstəkar, nasir, teatr və kino aktyrou, müğənni, bəstəkar, gitaraçı |
Fəaliyyət illəri | 1959–1980 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0904584 |
Vikianbarda əlaqəli mediafayllar |
Vladimir Semyonoviç Vısotski (rus. Владимир Семёнович Высоцкий; 25 yanvar 1938[1][2][…], Moskva[3] – 25 iyul 1980[1][4][…], Moskva[3]) — Sovet şairi, aktyoru və musiqiçisi, SSRİ Dövlət mükafatı laureatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Vladimir Semyonoviç Vısotski 1938-ci il yanvarın 25-də Moskvada anadan olmuşdur. Onun uşaqlığı müharibə illərinə təsadüf etmişdir. 1947-ci ildən 1949-cu ilə kimi atası və analığı ilə Almaniyada yaşamış, sonradan Moskvaya qayıdıb müəllimlər evindəki dram dərnəyinə getmişdir. Tikinti-mühəndisləri institutuna daxil olub, lakin oranı tərk edib Moskva Bədii Akademik teatrın nəzdindəki V.İ.Nemiroviç- Dançenko adına məktəb studiyasının aktyorluq şöbəsinə daxil olmuşdur.
1960-cı ildə oranı bitirib, A.S.Puşkin adına dram teatrında fəaliyyətə başlayıb. 1964-cü ildən ömrünün sonuna qədər Moskva dram və komediya teatrında işləmişdir.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]O, "Qalileyin həyatı", "Hamlet","Puqaçov", "Albalı bağı", "Cinayət və cəza" tamaşalarında baş rollarda çıxış etmişdir. Bir neçə tamaşada Vısotskinin mahnıları səslənmişdir. V.Vısotski ilk şeirlərini tələbəlik illərində yazmışdır.
İlk kitabı "Döymə" ("Tatuirovka") 1961-ci ildə çap olunmuşdur.
V.Vısotski 1959-cu ildən kinoya çəkilmişdir. 1960-cı ilin I yarısından Vısotski mahnılarını gitarada ifa etməyə başlamışdır. 1968-ci ildən Vısotskinin mahnıları mətbuatda ciddi tənqid edilmiş və SSRİ-də kitablarını bir iki mahnı və şeirindən başqa çap etdirmək mümkün olmamışdır. 70-ci illərin II yarısından başlayaraq xarici ölkələrdə konsertlərlə çıxış etmişdir. 1980-ci ilin 25 iyulunda "Hamlet" tamaşasına üç gün qalmış vəfat etmişdir. 1981-ci ildə SSRİ-də onun ilk kitabı "Əsəb"("Nerv") çap olunmuşdur.
1987-ci ildə, ölümündən sonra ona "Görüş yerini dəyişmək olmaz" filmindəki roluna görə SSRİ Dövlət mükafatı verilmişdir.[5]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Wladimir Wyssozki // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118809636 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ The Fine Art Archive. 2003.
- ↑ "ƏLAMƏTDAR VƏ TARIXI GÜNLƏR TƏQVIMI" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-06-11.