Voxçaberd — Vikipediya

kənd
Voxçaberd
40°09′59″ şm. e. 44°38′54″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Qırxbulaq mahalı]]
Rayon [[Ellər rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.700 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 838 nəf. (2011)[1]
Rəsmi dili
Digər
kotayk.mtad.am/about-com…
Xəritəni göstər/gizlə
Voxçaberd xəritədə
Voxçaberd
Voxçaberd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oxçu berd, Oxçubert, Voxçaberd - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.[2]

Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. Erməni mənbələrində Voxçaberd formasında qeyd edilir[3].

Toponim əvvəlinə «v» samiti sonradan artırılmışdır. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə İrəvan qəzasının İrəvan nahiyyəsində Oxçaberd kəndi olduğu göstərilir[4].

Oxçubert, kəndin ilkin və qədim adıdır[3][5].

Toponim «Kitabi-Dədə Qorqud»da adı çəkilən Ənsə Qoca oğlu Oxçu əsasında yaranan oxçu türk etnoniminə türk dilində «çətin keçilən yer, əl çatmaz yer» mənasında işlənən bert (> berd) sözünün[6][7] qoşulması ilə əmələ gəlmişdir. «Oxçu tayfasına məxsus yaşayış yeri» mənasını bildirir.

Bert sözü urartu dilində «şəhər» mənasında patar formasında işlənmişdir[8]. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kənddə 1831-ci ildə 73 nəfər, 1873 - cü ildə 180 nəfər, 1886-cı ildə 1'43 nəfər, 1897-ci ildə 171 nəfər, 1904 - cü ildə 156 nəfər, 1914 - cü ildə 298 nəfər[9], 1918-ci ilin yanvarında 493 nəfər[10] azərbaycanlı yaşamışdır.

1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş[10], kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 38 nəfər, 1926-cı ildə 38 nəfər 1931-ci ildə 28 nəfər azərbaycanlı yaşamışdır[9].

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949 - cu illərdə deportasiya olunaraq zorla Azərbaycana köçürülümüşdür. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.46
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.159
  5. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.53, 197
  6. Молчанова О.Т. Структурные типы тюркских топонимов Горного Алтая, Саратов, Издство Саратовского Университета, 1982. s.239
  7. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.83
  8. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.81
  9. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.46-47, 126-127
  10. 1 2 История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.216

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]