Xorvatlar — Vikipediya
Ümumi sayı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
9 milyon [1][2] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dili | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dini | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qohum xalqlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Xorvatlar (xorv. Hrvati) – Balkanda, başlıca olaraq Xorvatiya (89%) və Bosniya və Herseqovinada (15%) yaşayan cənub slavyan millətidir. Xorvat icmaları həmçinin Qərbi Avropada, ABŞ-də, Cənubi Amerikada, Avstraliyada və Yeni Zelandiyada da mövcuddur. Xorvat dilində danışan xorvatlar Roma katolik məzhəbinə aiddirlər.
Tarix
[redaktə | mənbəni redaktə et]Dalmasiya knyazlığı ilk xorvat dövləti sayılmaqdadır. Belə ki, 852-ci ildə bu dövlətin başçısı knyaz Tripimir özünü xorvatların hökmdarı elan etmişdir. 925-ci ildə isə xorvat hökmdarı Tomislav bütün xorvatları birləşdirərək və Panoniya knyazlığını işğal edərək, dövlət yaratmağa nail olmuşdur.
1102-ci ildə Macarıstanla sülalə ittifaqı yaratmış xorvatlar bu hadisədən sonra macarlaşmaya məruz qalmağa başladılar. 1526-ci ildə baş vermiş Mohaç döyüşündən sonra Macarıstan Krallığının ərazisi Osmanlı və Habsburqlar imperiyaları arasında bölüşdürülmüşdür. Bu vəziyyətdə Avstriya ilə ittifaq bağlamış xorvatlar tədricən alman təsiri altına düşür.
Birinci Dünya Müharibəsindən sonra Xorvatiya ərazisi panslavyan ideyası altında yaranmış Yuqoslaviya dövlətinin tərkib hissəsinə çevrilmiş, 1939-cu ildən etibarən adı çəkilmiş dövlət çərçivəsində muxtariyyat almışdır.
İkinci Dünya Müharibəsi zamanı Xorvatiya üzərində hakimiyyəti faşist rejimləri ilə geniş əməkdaşlıq edən ultramillətçi ustaşlar partiyası ələ keçirir. Buna cavab olaraq bir çox xorvat Yuqoslaviya Kommunist Partiyasının yaratdığı partizan hərəkatına qoşulmuş, nəhayət ustaşları ölkədən qovmağa nail olub. Müharibə zamanı həyatını itirmiş xorvatların sayı 40 min – 200 min arasında olduğu güman olunur.
Müharibən sonra Xorvatiya 6 respublikanı birləşdirən Yuqoslaviya Federativ Sosialist Respublikasına daxil olmuşdur. Yosip Broz Titonun vəfatından sonra başlamış demokratizasiya dövrü xorvatların da iştirak etdiyi çoxsaylı etnik toqquşmalarla müşayiət olunur.
1990-cı ildə Xorvatiya Respublikası müstəqilliyini elan etmişdir. Bu hadisə yenicə yaranmış dövlətin ərazisinə Yuqoslaviya Xalq ordusunun daxil olmasına səbəb oldu. Baş vermiş müharibədə təxminəm 550 min insan tələf olmuşdur. Yenicə yaranmış Bosniya və Herseqovinada öz dövlətini yaratmağa cəhd edən xorvatların iştirakı ilə daha bir müharibə başlamışdır. Nəticədə əsasən xorvatların məskunlaşdığı ərazilər Bosniya və Herseqovina Federasiyasında yer almışdır.
Hökumətin müharibədən sonrakı siyasət ilk növbədə hərbi münaqişələr zamanı ölkəni tərk etmiş mühacirləri geri qaytarmağa yönəlmişdir. 1995-ci ildə bağlanmış sülhün nəticəsi olaraq qaçqınların əksəriyyəti doğma ocaqlarına qayıtmağa müvəffəq olmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2003-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ "Arxivlənmiş surət". 2013-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ "2001Census". 2015-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ "CIA World Factbook: Bosnia and Herzegovina". 2018-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ "Arxivlənmiş surət". 2020-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2009-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ http://hrvatskimigracije.es.tl/Diaspora-Croata.htm Arxivləşdirilib 2016-05-09 at the Wayback Machine.
- ↑ "Arxivlənmiş surət". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ "Results of 2006 Australia census". 2013-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ "Census 2006". 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ "Ethnic Origin (247), Single and Multiple Ethnic Origin Responses (3) and Sex (3) for the Population of Canada". 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ [1][ölü keçid]
- ↑ "2002 Census in Serbia" (PDF). 2008-05-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2009-02-09.
- ↑ Census 2001
- ↑ "By Origin". 2007-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ "Croats in France by Ammbasy". 2009-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ "2006 Figures" (PDF). 2016-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2009-02-09.
- ↑ "as of 2004" (PDF). 2012-01-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-11-25.
- ↑ "Slovenian census 2002". 2011-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ "By Ancestry 2008" (PDF). 2009-03-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2009-02-09.
- ↑ "Hungary census". 2011-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ "Foreingers in Italy". 2012-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ "Croatians in South Africa and their clubs". 2017-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ "Montenegrian census". 2008-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ "Census in Romania". 2007-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
- ↑ "Croatians in Belgium". 2009-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
Etnik qrup ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |