Yüz bir (rəqs) — Vikipediya

Yüz bir
Yüz bir rəqsinin notları
Yüz bir rəqsinin notları
Musiqisi Şüştər muğamı üstündə
Tempi Bir qədər cəld
Mənşəyi Azərbaycan
Yaranma tarixi

Yüz bir — mahnı ilə muşayiət olunan çox geniş yayılmış rəqs.

Yüz bir Şərq aləminə aid olunan mistik rəqəmlərdən biridir. Məsələn, təsbehdə olan yüz bir ədəd buna örnəkdir. Belə fərziyyə də var ki, qədim el şənliklərində musiqiçilər ekspromt (bədahətən) rəqslər yaradırlarmış, onları unutmamaq üçün sıra nömrələri ilə nömrələrlərmiş, məs.: üç, dörd, beş, on dörd.

"Yüz bir"i rəqs kimi xatırlayırlar, ancaq əvvəllər mahnı ilə ifa olunub. Musiqisi çox həsrətdolu, lirikdir, bu da ondan irəli gəlir ki, Şüştər muğamı üstündədir.[1] Balabanın ifasında çox qulağayatımlıdır. Öz dövründə çox məşhur olan bu rəqs indi nadir hallarda yad edilir. Rəqs bir qədər cəld tempdə gedir, qızğın surətdə bir sıra rəngarəng hərəkətlərlə, xüsusən çiyin hərəkətlərilə ifa olunur. Onu həm kişilər, həm də qadınlar oynayırlar. Hərəkət elementləri çox genişdir (çiyin oynatma və s.) [2]

  1. "Üzeyir Hacıbəyov - "Azərbaycan xalq musiqisinin əsasları". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-27.
  2. "Yüz bir" rəqsi haqda veriliş

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]