Yaşar Babayev — Vikipediya

Yaşar Babayev
Karyerası
Klub karyerası[* 1]
1961—1962 SSRİ Toxucu 55 (0)
1962—1971 SSRİ Neftçi 200 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Yaşar Babayev ({{DVTY}} şablonu boşdur ) — sovet futbolçusu; uzun müddət "Neftçi"də oynamışdır

Yaşar Babayev 21 aprel 1941-ci ildə Gəncədə, dəmiryolçu ailəsində doğulub. Ailəsi dəmiryolçular olduğuna görə o, "Lokomotiv" komandasında oynamağa başlayıb. Sonra Babayevi "Toxucu"nun məşqçisi Valentin Xlıstova məsləhət görüblər və müdafiəçi 1960-cı ildə peşəkar karyerasına start verib.

Yaşar Babayev 1963-1971-ci illərdə "Neftçi PFK"nın heyətində çıxış edib.

O, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmış 12 futbolçudan biridir.

Müdafiəçi SSRİ çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb.

Yaşar Babayev 12 sentyabr 2021-ci ildə 80 yaşında dünyasını dəyişmişdir.[1]

  1. "Veteran futbolçu Yaşar Babayev dünyasını dəyişdi". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]