Yeni Yəhudi qəbiristanlığı (Praqa) — Vikipediya

Qəbiristanlıq
Yeni Yəhudi qəbiristanlığı
çex. Nový židovský hřbitov
Yeni Yəhudi qəbiristanlığının girişi
Yeni Yəhudi qəbiristanlığının girişi
Xəritə
Ölkə Çexiya
Şəhər Praqa
Əsası qoyulub 18891890
Dəfn sayı
  • 25.000 nəf.
Dini tərkib iudaizm
50°04′52″ şm. e. 14°28′34″ ş. u.HGYO
Yeni Yəhudi qəbiristanlığı xəritədə
Yeni Yəhudi qəbiristanlığı
Yeni Yəhudi qəbiristanlığı
Yeni Yəhudi qəbiristanlığı xəritədə
Yeni Yəhudi qəbiristanlığı
Yeni Yəhudi qəbiristanlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yeni Yəhudi qəbiristanlığı (çex. Nový židovský hřbitov) – Çexiyanın paytaxtı Praqa şəhərinin Jijkov rayonunda yerləşən yəhudi qəbiristanlığı. 1891-ci ildə Qədim Yəhudi qəbiristanlığındakı yer probleminə görə salınmışdır.

Qəbiristanlığın sahəsi Qədim Yəhudi qəbiristanlığındakından 10 dəfə böyükdür, 100.000 qəbirlik tutuma malikdir, bu isə bir əsr boyunca istifadə olunması üçün münasibdir.[1] Burada həmçinin urnalar üçün yer vardır, lakin yəhudi ənənələri kremasiyaya icazə vermir. Qəbiristanlıq hələ də istifadədir və Praqadakı Yəhudi Cəmiyyəti tərəfindən nəzarət olunur.

Qəbiristanlıqda Ar-nevü üslubunda işlənmiş bir çox abidə vardır: Yan Kotera tərəfindən Peruts ailəsinin üzvləri üçün hazırlanmış iki abidə, Yan Ştursa tərəfindən rəssam Maks Horba həsr olunmuş tovuzquşu formasında abidə, az tanınan sənətkarlar tərəfindən Ar-nevü üslubunda işlənmiş digər görkəmli işlər.[2] Ən diqqət çəkən qəbirlərdən biri Uoldes ailəsinə aiddir: heykəltaraş Yozef Vaslav Mıslbek tərəfindən hazırlanmış qəbir iki büstlə bəzədilmişdir.

Məşhur dəfn olunanlar

[redaktə | mənbəni redaktə et]
  1. [1] Arxivləşdirilib 2009-06-14 at the Wayback Machine, Pražská Informační Služba
  2. Marie vitochova Jindrichkjer and Jiri Vsetecka, Prague and Art Nouveau, translation by Denis Rath and Mark Prescott, Prague: V Raji, 1995.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]